ORDUBAD

Menyu
Login

Paylaş
Axtarış
Chat
Tags
Ordubad Rayonu Elcibey kotam kendi yüklə indir yukle naxcivan Endemic Ordubadda Novruz Novruz Bayrami pezmeri pezmeri selalesi kotam ordubad Ordubad meyveleri ordubad cəvizi Ordubad limonu ordubad xani ordubad keleki Ordubad lalelik
[ Yeni mesajlar · Üzvlər · Forum qaydaları · Axtarış · RSS ]
  • Page 1 of 1
  • 1
Forum » Mövzudan kənar » Maraqlı məlumatlar » Həcc ziyarəti
Həcc ziyarəti
ordubadDate: Bazar ertəsi, 26.03.2012, 00:34 | Message # 1
Admin
Group: Administrators
Messages: 21
Mükafatlar: 0
Reputasiya: 0
Status: Offline
"Həcc" ərəbcə "ziyarət etmək" deməkdir.
İslamın əsas rüknlərindən biri olan həcc ziyarəti müqəddəs Məkkə və Mədinə şəhərlərinə gedərək Allahın evi olan Kəbəni ziyarət etməklə başlayan və hər bir müsəlmanın borcu olan bir ayindir. Qeyd etmək lazımdır ki, hələ çox qədimlərdən, islama qədərki dövrlərdə də Məkkədə yerləşən Kəbə məbədi bütün insanların ziyarətgahı olmuşdur. Tarixi mənbələrə görə, Kəbə İslamdan 2700 il əvvəl ərəb qəbilələri arasında böyük nüfuza malik olmuşdur. Müxtəlif adət-ənənəli qəbilələr oranı müqəddəs və əziz saymışlar.
Rəvayətə görə, Kəbəni Allah Talanın əmri ilə Həzrəti Adəm (ə) tikmiş, lakin Nuhun (ə) dövründə baş verən tufan onu dağıtmışdır. Hədislərdə yazılanlara görə, Kəbənin tikintisində bütün dünyanın torpağından nümunə vardır. Dünyadakı bütün insanlar Hz. Adəmdən (ə) əmələ gəldiyi üçün bədənində də həmin torpaq olmalıdır.
Nuh (ə) peyğəmbərdən sonra İbrahim (ə) və onun oğlu İsmayıl (ə) Kəbəni yenidən tikmişlər. "Kəbə" ərəb dilində "kub" deməkdir. Kəbə - sahəsi 10x12 metr, hündürlüyü isə 15 metrə yaxın olan bu Allah evi Məscidül-həramın tən ortasında yerləşir. Allah Talanın Adəmə (ə) göndərdiyi "qara daş" Kəbənin cənub-qərb küncündə divara hörülmüşdür.
Kəbə ibadət və Tanrıya tapınmaq üçün tikilmiş ilk evdir. "Bəqərə" surəsinin 122-ci və "Ali-İmran" surəsinin 96-cı ayələrindən göründüyü kimi, Kəbənin tikilmə tarixi İbrahim peyğəmbərdən (ə) əvvəl olmuşdur. Hz. İbrahim (ə) Allah Talanın buyruğu ilə Kəbəni çoxdan mövcud olan bünövrə üzərində yenidən tikmişdir.
Həzrət Əlinin (ə) "Nəhcül-bəlağə" əsərində də Kəbənin Hz. Adəmin (ə) vaxtından mövcud olduğu göstərilir.
Kəbənin binası dördküncdür. Künclərin hər biri digərinə tərəf yönəlmişdir ki, hava axını və külək bir-birinə təsir edib zəifləsin və beləliklə, binanın dağılmasının qarşısı alınsın.
Kəbənin binasını Hz. İbrahim (ə) dövründən indiyədək Əmalin, daha sonra Cürhüm qəbiləsi və nəhayət Məhəmməd peyğəmbər (s) zamanında Qüreyş qəbiləsi bərpa etmişdir. (Bu haqda "İslam tarixi" başlıqlı yazıda ətraflı məlumat verilib).
Kəbənin qapısı ilə üzbəüz müqəddəs "Zəm-zəm" çeşməsi yerləşir. Hz. İbrahimin (ə) Hicazda qoyub getdiyi körpə İsmayıl və onun anası Hacər susuzluqdan əziyyət çəkərkən möcüzə baş vermiş, körpənin ayaqları altından su fəvvarə vurmuşdur. Çeşmənin suyu şəfaverici sayıldığı üçün zəvvarlar çox vaxt onu "zəmzəmiyyə" adlanan xüsusi qablarda özləri ilə vətənlərinə aparırlar.
Tarixi məlumatlara görə, Məhəmməd Peyğəmbər (s) hələ hicrətdə (Mədinədə) olarkən buyurmuşdur ki, müsəlmanlar namaz qılarkən üzlərini Kəbəyə çevirməlidirlər. Həmin çağırışdan sonra Kəbədəki "qara daş"ın ətrafında olan bütlər Peyğəmbər (s) tərəfindən məhv edildi və Kəbə İslamın müqəddəs məbədinə çevrildi. Həmin vaxta qədər müsəlmanlar üzlərini Beytül-Müqəddəsə (Qüds) tuturdular. (Bu haqda "İslam tarixi" yazısında ətraflı bəhs edilib). Beləliklə, İslam dininin yarandığı ilk vaxtlarda - miladi təqvimi ilə 632-ci ildən başlayaraq Məkkəni və oradakı Kəbə evini ziyarət etmək mərasimi müsəlmanlar tərəfindən daha geniş icra edilməyə başlanmış və həcc ziyarəti adı ilə məşhurlaşmışdır.
Zəvvarlar Məkkədə Zilhiccənin 7-ci günündə olmalıdırlar. Burada onlar təmizlənəndən, dəstəmaz alandan, bədənlərinə ətirli yağ sürtəndən və qüsl edəndən sonra müqəddəs ağ ibadət libası - ehram (yalnız kişilər) geyirlər. Ehramın heç bir tikişi olmur və iki ağ parçadan ibarətdir; birini bellərinə sarıyır, digərini isə çiyinlərinə salırlar. Zəvvarlar həcc zamanı saçlarını qırxdırmır, dırnaqlarını tutmurlar. Qadınlar mütləq başlarına iri yaylıq örtməlidirlər.
Zəvvarlar həcc vaxtı ehram halında ancaq ibadətlə məşğul olmalıdırlar. Heç bir canlının qanını tökməyə ixtiyarları yoxdur, hətta milçək olsa belə. Ağacdan meyvə dərməməli, ümumiyyətlə heç bir dünya neməti haqda düşünməməlidirlər.
Həcc zamanı ziyarət Kəbəni yeddi dəfə dolanaraq təvaf etmək, məqami-İbrahimdə iki rükət namaz qılmaq müqəddəs Səfa və Mərva təpələri arasında səy (qaçmaq) etməklə başlanır.
Daha sonra zəvvarlar Minaya, Ərəfat dağına yollanır və açıq havada gecələyəndən sonra, Zilhiccə ayının 9-da həccin əsas ayinlərindən birini yerinə yetirərək, Ərəfat dağının ətəyində dayanırlar. Bu ayin günortadan gün batana kimi davam edir. Zəvvarlar burada namaz qılır və xütbəyə - moizəyə qulaq asırlar. Gün batan kimi hamı dərhal Müzdəlifə vadisinə yollanır və bütün gecəni orada ibadət edir, sübh namazından sonra gün çıxana qədər oranı tərk edirlər.
Zilhiccə ayının 10-cu günü Mina vadisində şeytana daş atma mərasimi icra olunur. Burada hər bir zəvvar şeytana yeddi dəfə daş atmalıdır. Bundan sonra qurban kəsmə mərasimi başlayır. Həmin gün Qurban bayramı günü hesab olunur, bayram namazı qılınır.
Zilhiccə ayının 11-12-ci günü şeytana daş atma mərasimləri bir daha təkrar olunur. Zəvvarlar həmin ayın 11-12-ci günlərində Minada gecələyir və 13-cü gün günorta namazından sonra Minanı tərk edərək Məkkəyə qayıdırlar. Məkkə şəhərində böyük həccin əməllərini yerinə yetirirlər.
Böyük həccin əməlləri kiçik həccin əməlləri kimidir. Kəbə evi zəvvar tərəfindən 7 dəfə təvaf edilməli, məqami-İbrahimdə namaz qılınmalı, Səfa və Mərva dağları arasında 7 dəfə səy edilməlidir. Bu ayinlərdən sonra Nisə və Vida təvafları da icra olunmalıdır. Bununla da Zəvvarlar həcc ziyarətini başa vururlar.

Allah Taala hər bir Zəvvarın ziyarətini qəbul etsin !

Menbe: http://www.qafqazislam.com
 
Forum » Mövzudan kənar » Maraqlı məlumatlar » Həcc ziyarəti
  • Page 1 of 1
  • 1
Search:

Facebook
 
Sorğu
Ordubadın harasındansız?
Total of answers: 2026
Dost saytlar

Ordubad Rayonu

Iqtisad Universiteti

Sayğac

Copyright Ordubad © 2024
Make a free website with uCoz