ORDUBAD

Menyu
Login

Paylaş
Axtarış
Chat
Tags
Ordubad Rayonu Elcibey kotam kendi yüklə indir yukle naxcivan Endemic Ordubadda Novruz Novruz Bayrami pezmeri pezmeri selalesi kotam ordubad Ordubad meyveleri ordubad cəvizi Ordubad limonu ordubad xani ordubad keleki Ordubad lalelik
Kalendar
«  İyun 2013  »
BBeÇaÇCaCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Ana səhifə » 2013 » İyun » 25
Kərbəlayi Zeynalabdin Əbu Səid oğlu Usta Zeyal Nəqqaş (1829-1904) Məşhur xəttat nəqaş və şair olmuşdur. Naxçıvandakı "Xan sarayı" Bakıda H.Z.Tağıyevin ev muzeyinə (indiki Tarix muzeyi), Təbrizdə, Ordubaddakı "Came" məscidinə, Məşədi Tağının evinə, Əylis, Vənənd kəndlərində bəzi evlərə çəkdiyi rəsmlər və vurduğu nəqşlər hələ də durur. Ordubad şəhərinin "Malik İbrahim" qəbirstanlığındakı dağa bitişik "Qara pir"də vurduğu nəqş, XIX əsrin axırlarında İran şahının Ordubada gəlişi ilə əlaqədar olaraq "Came" məscidinin arxa tərəfinə yumurta sarısı, əhəng və başqa materiallardan hazırladığı məhlul vasitəsilə "Şiri xurşid" gerbini düzəltmiş və dizinin üstündə almazla kəsdiyi ayna qırıqları ilə ortasına günəş rəmzi də yapışdırmışdı. Həmin monumental əsərlər bu günə qədər qalmaqdadır. Ordubadlı alim, iqtisad elmləri doktoru, professor Əliqulu Fərəcov keçmiş SSRİ dövrün ... Ətraflı »
Views: 1373 | Added by: ordubad | Date: 25.06.2013 | Şərhlər (0)

Krımdakı Azərbaycan diasporunun ağsaqqallarından olan Hidayət Musayevin “Qədim Ordubad və Əfsanəvi Sevastopol” kitabı çapdan çıxıb.

Bu barədə Krımın Azərbaycanlı İcmasının rəhbəri Rəhim Hümbətov məlumat verib.

Kitabın təqdimat mərasimində çıxış edən H.Musayev bildirib ki, baş qəhrəmanı azərbaycanlı mühəndis Firudin Ağalarov olan əsərdə Rusiyanın müxtəlif millətlərdən olan ilk sualtı qayıqçılarından bəhs olunur.

Qeyd edək ki, Hidayət Məmməd oğlu Musayev istefada olan polkovnik, SSRİ Hərbi Dəniz Donanmasının veteranı, Sevastopolda “Vətən” Azərbaycan Milli-Mədəni İcmasının ağsaqqalıdır.

Qeyd: Bu xəbər 2012-ci ilin iyul ayında çıxıb

Mənbə: http://davam.az/5377-krmda-qdim-ordubad-v-fsanvi-sevastopol-kitab-apdan-xb.html
Views: 1226 | Added by: ordubad | Date: 25.06.2013 | Şərhlər (0)

Kələki – Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd.
Unus bələdiyyəsinin tərkibindədir. Rayonun mərkəzindən 45 km şimal-şərqdə, Ordubad – Unus avtomobil yolunun üstündədir. Əhalisi 442 nəfər (2000-ci il); bağçılıq, tərəvəzçilik və heyvandarlıqla məşğuldur. Orta məktəbi, kulubu, kitabxanası, tibb məntəqəsi var.eyni zamanda da bu kənd Azərbaycan Respublikasının keçmiş prezidenti Elçibəyin doğulduğu kənddir.

Mənbə: http://az.wikipedia.org/wiki/K%C9%99l%C9%99ki
Views: 1583 | Added by: ordubad | Date: 25.06.2013 | Şərhlər (0)

Facebook
 
Sorğu
Ordubadın harasındansız?
Total of answers: 2026
Dost saytlar

Ordubad Rayonu

Iqtisad Universiteti

Sayğac

Copyright Ordubad © 2024
Make a free website with uCoz