ORDUBAD

Menyu
Login

Paylaş
Axtarış
Chat
Tags
Ordubad Rayonu Elcibey kotam kendi yüklə indir yukle naxcivan Endemic Ordubadda Novruz Novruz Bayrami pezmeri pezmeri selalesi kotam ordubad Ordubad meyveleri ordubad cəvizi Ordubad limonu ordubad xani ordubad keleki Ordubad lalelik
Kalendar
«  Noyabr 2012  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
252627282930
Ana səhifə » 2012 » Noyabr » 16 » «Mən kökümlə bu torpağa bağlıyam»
«Mən kökümlə bu torpağa bağlıyam»
21:00



Hər dəfə Ordubada yolumuz düşəndə şəhərin mərkəzindəki çinarların altında çay içməmiş geri dönmürük. O çinarların ki, onlar bu şəhərin tarixi sirdaşıdır. Bir vaxtlar Ordubada səyahət etmiş məşhur səyyah Nefodov demişdir: "Ordubad öz daş-qaşı ilə parıldayan qənirsiz gözələ bənzəyir. Ordubad çinarları təbiət tamaşası, el yaraşığıdır. Bu yurdun çinarları da torpağı kimi qədimdir".

Xalq şairi Rəsul Rzanın "Çinar" şeirindəki misranı sərlövhəyə çıxarmağımız təsadüfi deyil. Ordubaddakı "Çay evi"ndə masaların boşalmasını gözləyirdik. Şairin həmin şeirini də elə bu vaxt xatırladım:

Gecə keşmiş ulduzlar ağ, göy qara,
Söykənmişəm qocaman bir çinara.
Hündür çinar budaq atmış, qol atmış,
Öz ömründə çox əsrlər qocaltmış
Görkəmində qarlı dağlar vüqarı,
Başı bütün ağaclardan yuxarı.

Ordubad ağsaqqallarından eşitmişəm ki, qədim zamanlarda Ordubadın hər məhəlləsində məscid, məscidin önündə meydan, meydanın ortasında qocaman çinar və çinarların dibindən axan kəhriz-bulaqlar varmış. Bu elə indinin özündə də qorunub saxlanılır. Ümumiyyətlə, Ordubad tarixi görkəmini qoruyub saxlayan yaşayış məskənidir. Hələ 1977-ci ildə Ordubad "Qoruq şəhər" elan edilib. Şəhərin özü 5 böyük məhəllədən ibarətdir - Ambaras, Gürdətal, Üçtürləngə, Mingis (Minkəs də deyilir) və Sərşəhər (Şəşəri də deyilir). Həmçinin burada Körpübaşı, Bəylər, Meyrəmçə, Peçi, Düz, Qaraçanaq, Dilbər, Varsan, Qoşqar, Musa təngi, Əngəş, Qarahovuzbaşı, Əsgərxan adlı kiçik məhəllələr də var.

Həmin beş məhəllə ümumi xüsusiyyətlərə məxsusdur. Məscid, meydan, kəhriz-bulaq və çinar. Bu məhəllələrdəki çinarların yaşı 500-600, bəzilərininki 900-1000 ildən çoxdur. Şəhər ağsaqqalları, ziyalıları deyirlər ki, bir çox çinarın yaşı hətta 2000 ildən artıqdır. Mingis məhəlləsindəki çinar XIV əsrə aiddirsə, Sərşəhər meydanındakı çinar XIII əsrin yadigarıdır. Ambaras məhəlləsindəki qoşa çinarın kökləri isə XVII əsrə gedib çıxır. Şəhərin mərkəzindəki çinarların da yaşı az deyil - ötən əsrin əvvəllərində əkilib.

Ordubadın bir çox kəndində də yaşı bilinməyən onlarla çinar mövcuddur. Vənənd kəndindəki çinarın gövdəsini 10-12 nəfər əl-ələ verəndə ancaq tuta bilir. Deyilənlərə görə, bu çinarın yaşı 2000 ildən çoxdur. Kəndin yaşlıları bir vaxtlar bu çinarın gövdəsinin içərisində çayxana olduğunu deyirlər.



Çinar həm də bu yerlərin müqəddəs ağaclarından sayılır. Bəlkə də buna görə son illər Ordubadda əkilən ağacların arasında çinarlar üstünlük təşkil edir. İndi şəhərin mərkəzi boyu irəlilədikcə yolların kənarlarına əkilmiş gənc çinarlara baxa-baxa düşünürsən ki, əsrlər keçəcək, bu çinarlar da Ambarasdakı, Sərşəhərdəki, Mingisdəki, Vənəndəki çinarlar kimi boy atacaq, tarixə bu günün yadigarları kimi düşəcək.

...Masalar boşalır və çinar kölgəsində Ordubad limonu ilə rəngli bir çay içməyin zövqünü yaşayırıq. Yaddaşım isə yenə məni Rəsul Rza ilə üz-üzə qoyur:

Dedim nədən ulu çinar yıxılmaz?
Birdən çinar dilə gəldi dedi: bax!
Bu torpaqda dərindən kök salaraq
Hər tərəfə uzatmışam qolumu,
Övladlarım bürüyüb sağ-solumu.
Belə məğrur dayanmağa haqlıyam,
Mən kökümlə bu toprağa bağlıyam.


Elxan MƏMMƏDOV,

"Azərbaycan"

Mənbə: http://www.azerbaijan-news.az
Baxış: 2179 | Tərəfindən əlavə olundu: ordubad | Etiketlər: çinar, ordubad, sərşəhər, qədim çinar, ordubad çinarı, Ordubad limonu | Təsnifat: 0.0/0 |
Ümumi şərhlər: 0
Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Facebook
 
Sorğu
Ordubadın harasındansız?
Total of answers: 2026
Dost saytlar

Ordubad Rayonu

Iqtisad Universiteti

Sayğac

Copyright Ordubad © 2024
Make a free website with uCoz