ORDUBAD RAYONU - Ana səhifə

ORDUBAD

Menyu
Axtarış
Tags
free yalqiz agac Ordubad Rayonu merkezi xestexana keleki eliqulu ferecov iqtisadci ordubad ordubad tulip ordubad icra hakimiyyeti genze kendi скачат qapiciq ordubad Download indir gece gorunusu kotam kendi milyoncu oyunu pc asagi endemic kendi pulsuz WhatsApp Nokia
Facebook
Kalendar
«  Yanvar 2012  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
293031
A few km to Ordubad rayon, there is a small lake named "Kapicik". There is a restorant and 2 houses for guest's accommodation. One is modern style. The other one is tradational style guest room. Telephone number +99-4136-40 11 11 or try . If doesn't work, a worker's cell phone +99-470-241 59 43.

type: Lodging houses
tel: +994136401111
CostOfDoubleForANight: 60-80 Manat(75-100 US $)
address: Kapicik Lake, Ordubad
Views: 50 | Added by: ordubad | Date: 2011-11-26 | Comments (0)

Bist — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati ərazi vahidində kənd.


Eyniadlı bələdiyyənin mərkəzidir. Rayonun mərkəzindən şimal-qərbdə, Ordubad-Nürgüt avtomobil yolunun kənarında, Zəngəzur silsiləsinin ətəyindədir. Əhalisi 467 (2000); bağçılıq, heyvandarlıq və arıçılıqla məşğuldur. Orta məktəbi, klubu, kitabxanası, xəstəxanası, rabitə şöbəsi var.

Bist kəndinin sağ və sol cinahlarından Gilan çay və Nəsirvaz çaylari axır. Tivi, Nəsirvaz, Ələhi kəndləri ilə qonşudur.
Views: 69 | Added by: ordubad | Date: 2011-11-23 | Comments (0)


Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 16 iyun tarixli Sərəncamı ilə Ordubad rayonunun inzibati ərazisinin 12131,0 hektar sahəsində Ordubad Milli Parkı yaradılmışdır. Milli Parka akademik Həsən Əliyevin adı verilmişdir. 2009-cü il 25 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ordubad Milli Parkının ərazisi Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları hesabına genişləndirilərək sahəsi 42797,4 hektara çatdırılmışdır. Eyni sərənjamla Milli Parkın adı dəyişdirilərək Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılmışdır.
Milli Parkla yanaşı, xüsusi mühafizə olunan təbiət ərazisinin 27870,0 hektarında Ordubad Dövlət Təbiət Yasaqlığı yerləşir.
Zəngəzur Milli Parkının yaradılmasında məqsəd ərazid... Ətraflı »
Views: 68 | Added by: ordubad | Date: 2011-11-19 | Comments (0)

Ağyurd yatağı

Ağyurd yatağı Vənəndçayın sağ qolu olan Ayıçınqılı çayının orta
axım hissəsində, Pəzməri kəndindən 8 km şimal-şərqdə yerləşir. Ağyurd
yatağının struktur mövqeyi Munundərə təzahürü ilə eynidirr. Fərqli
cəhətlərindən biri burada əlavə olaraq mis-porfir filizləşməsinin inkişaf
etməsidir.
Ağyurd yatağı kvarslı sienit-diorit tərkibli dayka komplekslərinin
inkişaf etdiyi zolağa Ordubad qırılması ilə Misdağ qırılmasının kəsişmə
qovşağına aid edilmiş, kvarslaşmış, kaolinləşmiş və dəmirləşmiş süxurlarla
bərabər kvars damar və damarcıqları ilə təmsil olunan 24 qızıl filiz
zonasından və damar-zonadan ibarətdir. Sonuncuların uzunluğu 1 km-ə
qədər, eni adətən 2-8 m, qırılma zonalarında 50 m-ə qədər, kvars-sulfid
damar və damar-zonalarında qalınlığı 0,3 m-dən 3,0 m-ə qədər olub,
adətən 0,7-1,5 m təşkil edir. İri ... Ətraflı »
Views: 64 | Added by: ordubad | Date: 2011-11-10 | Comments (0)

Qapıcıq –Ordubad rayon ərazisində dağ.Zəngəzur silsiləsinin və eyni zamanda Kiçik qafqazın ən yüksək zirvəsi.Hünd.3904 m.Oxçuçay ilə Gilançayının suayrıcındadır.Eosenin vulkanagen çökmə süxurlarından təşkil olunmuşdur.Yamaclarında qədim buzlaq relyefi formaları(troq,kar,moren),zirvəsində daimi qar(3-4 m qalınığında)var.Qapıcıqın cənub və cənub-qərb yamacındakı yaylaqlarda(Qaranquş yaylağı,Nəbi yurdu)saysız-hesabsız qaya parçaları üzərində Gəmiqaya qədim təsviri sənət nümunələri həkk olunmuşdur(bax Gəmiqaya rəsmləri)Gəmiqayadan şərqə gedən yolun qapısı burada olduğundan,görünür,ulu nəsillər buna əsasən dağı Qapıcıq adlandırmışdır.

Menbe: www.ordubadli.az

Views: 94 | Added by: ordubad | Date: 2011-10-08 | Comments (0)

Fərəcov Əliqulu Səttar oğlu (15.3.1898,Ordubad ş. -20.1.1981,Bakı) –iqtisadçı.İqtisadi elmlər namizədi,prof.(1939).Azərb.Respublikasının əməkdar iqtisadçısı (1967).1915 ildə Tiflis ticarət kurslarını,1927 ildə Azərb.Politexnik İn-tunu bitirmişdir.Uzun müddət respublikanın ali məktəblərində dərs demişdir.Elmi-pedaqoji fəaliyyətilə yanaşı,Azərb.Dövlət Un-tinin (indiki BDU)prorektoru (1943-44),Azərb.Xalq Təsərrüfatı İn-tunun (AXTİ: indiki İqtisad Un-ti)direktoru (1944-50), bir sıra kafedraların,o cümlədənADU-nun mühasibat uçotu və təsərrüfat fəaliyyətinin analizi kafedrasının (1959-60) müdiri,ADU-nun (1962-66) və AXTİ-nin məsləhətçi prof. (1966 ildən) olmuş,Azərb.Milli EA İqtisadiyyat bölməsində (İndiki İqtisadiyyat İn-tu) baş elmi işçi,şöbə müdiri (1951-58) işləmişdir.F.Azərb.-da iqtisadi təhsilin təşkilatçılarından idi.O,Azərb.dilində mühasibat uçotunun nəzəri və əməli məsələlərinə dair d... Ətraflı »
Views: 113 | Added by: ordubad | Date: 2011-09-12 | Comments (0)

Belə deyirlər ki, keçmişdə Ordubadın Nüsnüs kəndində gözəlliyilə aləmə səs salan sərv boylu yoxsul bir qız var imiş. Qızın qumral gözləri, qapqara uzun saçları çox cavanların canına od salıbmış. Yaxından, uzaqdan qıza tez-tez elçilər gəlirmiş. Ancaq gələnlərdən qızın ürəyinə yatanı olmadığından heç kimə razılıq vermirmiş. Bir gün varlı bir bəy qızın gözəlliyini görüb ona elçi göndərir. Qız ona da razılıq vermir. Bundan qəzəblənən bəy and içir ki, o qızı ya zorla alacaq, ya da ona elə bir divan tutacaq ki, ölüncə dadı damağından getməsin. Bəy nökər-nayıbını da başına yığıb kəndə gəlir. Bu xəbəri eşidən qız baş götürüb dağlara qaçır. Bəy də adamlarıyla qızın arxasınca dağlara gedir. Qızı tuta bilməyəcəyini görən bəy, ox atıb onu ağır yaralayır.

Çox qan itirib taqətdən düşən qız Nüsnüsün başı üstündəki dağda bir anlığa dayanır, yarpaq kimi saralan üzünü sonsuz göylərə tutub All... Ətraflı »
Views: 160 | Added by: ordubad | Date: 2011-09-12 | Comments (0)

Cırtdan nağılı Naxçıvan ləhcəsi ilə...Nağılda həmçinin Ordubadın da adı çəkilir
Views: 321 | Added by: ordubad | Date: 2011-09-12 | Comments (2)

Pəzməri - Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd.

Unus bələdiyyəsinin ərazisinə daxildir. Rayonun mərkəzindən 37 km şimal-qərbdə, Ordubad-Unus avtomobil yolunun yuxarısındadır. Əhalisi 151 nəfər (2000); bağçılıq, heyvandarlıq və arıçılıqla məşğuldur. Orta məktəbi, tibb məntəqəsi, kitabxanası, kulubu var.
Views: 115 | Added by: ordubad | Date: 2011-07-25 | Comments (1)

Ordubad Limonu 10 dollara Kanal D ekranlarinda

Video 2

Views: 397 | Added by: ordubad | Date: 2011-02-14 | Comments (0)

1 2 3 »


Translate
Sorğu
Ordubadın harasındansız?
Total of answers: 269
Xəbər arxivi
Tag Board
200
Sayğac


Cəmi online: 1
Qonaqlar: 1
Istifadəçilər: 0