Yusif Məmmədəliyev - ORDUBAD RAYONU

ORDUBAD

Menyu
Login

Axtarış
Tags
Download yüklə keleki indir Elcibey kotam kendi kotam ordubad Ordubad Rayonu Endemic Ordubadda Novruz pezmeri naxcivan gilancay pezmeri selalesi ordubad xani Ordubad meyveleri Ordubad limonu Novruz Bayrami ordubad Ordubad lalelik
Facebook
Kalendar
«  Fevral 2009  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
Ana səhifə » 2009 » Fevral » 3 » Yusif Məmmədəliyev
Yusif Məmmədəliyev
16:07

Yusif Məmmədəliyev haqda

Məmmədəliyev Yusif Heydər oğlu (1905-1961) - kimya elmləri doktoru, akademik, 1947-1951 və 1958-1961-ci illərdə Azərbaycan SSR EA-nın Prezidenti.
Ümumi məlumat
Məmmədəliyev Yusif Heydər oğlu Naxçıvan MR-nın Ordubad şəhərində anadan olmuşdur.
1926-cı ildə Azərbaycan Ali Pedaqoji institutunu bitirmişdir. 1942-ci ildə kimya elmləri doktoru və professor, 1945-ci ildə Azərb. SSR EA-nın akademiki olmuşdur. Azərb. SSR EA yarandıqdan (1945) sonra Neft İnstitutuna rəhbərlik etmişdir. 1951-1954-cü illərdə Az.SSR EA Fizika, Kimya və Neft bölməsinin akad.-katibi. 1954-1958 illərdə ADU-nun rektoru olmuşdur.
Y.H.Məmmədəliyev 1961-ci ildə vəfat etmişdir.
Elmi fəaliyyəti
Yusif Məmmədəliyevin əsas elmi işləri neftin və neft qazlarının katalitik emalı sahəsindədir. Azərbaycanda neft kimyasının əsasını qoymuşdur. O, müxtəlif karbohidrogenlərin katalizator iştirakı ilə xlorlaşdırılma və bromlaşdırılmasının yeni üsullarını təklif etmiş, neft qazlarını, xüsusilə də metanı əvvəllər stasionar katalizator üzərində, sonralar isə qaynar təbəqədə xlorlaşdırmaqla, karbontetra-xlorid, metilxlorid, metilen-xlorid və s. qiymətli məhsullar alınması yollarını göstərmişdir.
Aromatik, parafin və sikloparafin karbohidrogenlərini doymamış karbohidrogenlərlə katalitik algilləşdirmə sahəsindəki tədqiqatı aviasiya yanacaqlarının yüksəkkeyfiyyətli komponentlərinin sənaye miqyasında sintezinə imkan vermişdir.
Məmmədəliyev Bakı neftlərinin benzin fraksiyasının katalitik aromatikləşdirilməsi, yuyucu maddələr və silisium-üzvi birləşmələr alınması, piroliz məhsullarından plastik kütlə istehsalı və Naftalan neftinin təsir mexanizminin öyrənilməsi sahələrində də mühüm işlər görülmüşdür. Yüksəkixtisaslı elmi kadrlar hazırlanmasında böyük xidməti olmuşdur.
Y.H.Məmmədəliyev 200-dən artıq elmi əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifidir.
Əsas elmi nailiyyətləri
O, SSRİ, Amerika Birləşmiş Ştatları, İtaliya, Fransa, İngiltərə, PXR, MXP və başqa ölkələrdə çağırılan qurultay, konqres və simpoziumlarda respublikamızı dəfələrlə təmsil etmişdir.
Azərbaycan Astrofizika Rəsədxanası, Əlyazmaları Fondu, Sumqayıt Kimya Elmi Mərkəzi və digər müəssisələrin təşkili Y.Məmmədəliyevin adı ilə bağlıdır. Onun yaratdığı Azərbaycan neft-kimya məktəbi respublikadan çox-çox uzaqlarda tanınır. Yusif Məmmədəliyev Lenin ordeni Qırmızı Əmək Bayrağı və Şərəf nişanı ordenləri həmçinin medallarla təltif edilmişdir.

Baxış: 1158 | Added by: ordubad | Təsnifat: 0.0/0 |
Ümumi şərhlər: 0
Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Paylaş
Sorğu
Ordubadın harasındansız?
Total of answers: 1882
Chat
Dost saytlar

Ordubad - Azərbaycanın incisidir

Sual Cavab saytı

Iqtisad Universiteti

Sayğac


Cəmi online: 1
Qonaqlar: 1
Istifadəçilər: 0