ORDUBAD

Menyu
Login

Paylaş
Axtarış
Chat
Tags
Ordubad Rayonu Elcibey kotam kendi yüklə indir yukle naxcivan Endemic Ordubadda Novruz Novruz Bayrami pezmeri pezmeri selalesi kotam ordubad Ordubad meyveleri ordubad cəvizi Ordubad limonu ordubad xani ordubad keleki Ordubad lalelik
Kalendar
«  İyul 2012  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
293031
Ana səhifə » 2012 » İyul » 1 » İsmayıl İbrahimov
İsmayıl İbrahimov
13:22
İbrahimov İsmayıl Əli oğlu - texnika elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü.

Həyatı
İsmayıl İbrahimov 31 dekabr 1915-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur.
M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu bitirmişdir (Azərbaycan Dövlət Neft Akademiyası).
1968-ci ildə AMEA-nın müxbir üzvü, 1980-cı ildə həqiqi üzvü seçilmişdir.

Elmi nailiyyətləri
Fasiləsiz işləyən texnoloji proseslərin və istehsalatların riyazi modelləşdirilməsi və optimal idarə edilməsinin metodoloji əsaslarını yaratmışdır. Neft emalı istehsalatının optimallaşdırılması məsələlərinin faktiki olaraq reallaşdırmaqdan ötrü modellərin struktur və funksional xüsusiyyətlərini nəzərə alan səmərəli hesablama üsulları qurmuşdur.
İsmayıl Əli oğlu İbrahimov tərəfindən informasiya qıtlığı şəraitində iritonnajlı etilen istehsalının riyazi modelləri, optimal və operativ idarə edilməsi üsulları təklif olunmuşdur. Determinik və qeyri-səlis şəraitdə işləyən qeyri-stasionar reaktor kompleksinin operativ planlaşdırılmasının və optimal idarə edilməsinin riyazi modellər kompleksi işlənib hazırlanmışdır.
1983-cü ildə İ.Ə.İbrahimov bir qrup alim və mütəxəssislə birlikdə istehsalatın səmərəliliyini yüksəltmək üçün idarəetmə və informasiya sistemlərinin hazırlanması və tətbiqi adlı işinə görə elm və texnika sahəsində SSRİ Dövlət mükafatına layiq görülmüşdür.

Təltif və mükafatlar
I dərəcəli Vətən Müharibəsi Ordeni" - 1945;
2 dəfə "II dərəcəli Vətən Müharibəsi Ordeni" - 1943, 1945;
"Qafqazın müdafiəsinə görə" medal - 1945;
"Fədakarlığa görə" medal - 1945;
SSRİ "Fəxri neftçisi" - 1978;
"Oktyabr İnqilabı Ordeni" - 1971;
Əməkdar Elm Xadimi - 1981;
SSRİ Dövlət Mükafatı laureatı - 1982;
2 dəfə Lenin Ordeni - 1980, 1985;
3 dəfə "Qırmızı Əmək Bayrağı" ordeni - 1965, 1975, 1983;
"Sosialist Əməyi Qəhrəmanı" - 1986;
Azərbaycan SSR Ali Soveti RH-ın 4 dəfə Fəxri Fərmanı - 1960, 1973, 1978;
"Krımın azad olunmasının 50 illiyi münasibəti ilə" medal - 1999;
"Sankt-Peterburqun 300 illiyi münasibəti ilə" medal - 2003;
Beynəlxalq Uşaq Assosiasiya Fondunun laureatı;
Almaniyanın "Vətən qarşısındakı xidmətlərinə görə" ordeni;
SSRİ Ali Təhsil Nazirliyinin Mükafatı laureatı;
SSRİ Ali Təhsil Nazirliyinin Fəxri Fərmanı - 1983;
SSRİ Qaz Sənayesinin Fəxri işçisi.

Pedaqoji fəaliyyəti
1946-1997 illərdə Azərbaycan Dövlət Neft Akademiyası (Azərbaycan Sənaye İnstitutu, Azərbaycan Neft və Kimya İnstitutu) baş laborant, baş müəllim, dosent, kafedra müdiri-professor, rektor (1960-1970,1978-1988)

Menbe: http://az.wikipedia.org
Baxış: 1260 | Tərəfindən əlavə olundu: ordubad | Təsnifat: 0.0/0 |
Ümumi şərhlər: 0
Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Facebook
 
Sorğu
Ordubadın harasındansız?
Total of answers: 2026
Dost saytlar

Ordubad Rayonu

Iqtisad Universiteti

Sayğac

Copyright Ordubad © 2024
Make a free website with uCoz