Naxçıvan-Urmiya avtobus marşrutu fəaliyyətə başlayıb
13:36
Sentyabrın 19-dan etibarən Naxçıvan avtovağzalından Naxçıvan-Urmiya şəhərləri arasında avtobus marşrutu fəaliyyətə başlayıb. www.D-A-K.org –a daxil olan məlumata görə, Naxçıvan-Şahtaxtı-Maku-Urmiya və əks istiqamətdə müntəzəm fəaliyyətə başlayan avtobus marşrutu Naxçıvan ərazisində Naxçıvan-Şahtaxtı, İran adlanan yer ərazisində isə Poldəşt-Maku-Xoy-Səlmas-Urmiya xətti üzrə hərəkət edəcək. Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Azad Nağıyevin sözlərinə görə, hər gün səhər saat 8.30-da Naxçıvan avtovağzalından yola düşəcək avtobusa bilet satışı Naxçıvan şəhərilə yanaşı, Ordubad, Şahbuz, Culfa, Şərur avtovağzallarından da həyata keçiriləcək.