“Ordubad” elektrik yarımstansiyasının açılışı olub - ORDUBAD RAYONU

ORDUBAD

Menyu
Login

Axtarış
Tags
Download yüklə keleki indir Elcibey kotam kendi kotam ordubad Ordubad Rayonu Endemic Ordubadda Novruz pezmeri naxcivan gilancay pezmeri selalesi ordubad xani Ordubad meyveleri Ordubad limonu Novruz Bayrami ordubad Ordubad lalelik
Facebook
Kalendar
«  Avqust 2013  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Ana səhifə » 2013 » Avqust » 26 » “Ordubad” elektrik yarımstansiyasının açılışı olub
“Ordubad” elektrik yarımstansiyasının açılışı olub
12:27


Ordubad şəhərindəki “Ordubad” elektrik yarımstansiyası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak edib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin Baş direktoru Yasin Səfərov “Ordubad” yarımstansiyasının yenidən qurulmasını Ordubad şəhərinin enerji təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin davamı kimi dəyərləndirib, göstərilən diqqət və qayğıya görə energetiklər adından minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: “Muxtar respublikamızda vacib sahə olan energetikanın inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu sahədə görülən işlər muxtar respublikanın sosial-iqtisadi inkişafında, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsində mühüm əhəmiyyət daşıyır. Muxtar respublikamızda elektrik enerjisinin verilişinə, yarımstansiyaların qurulmasına ötən əsrin 60-cı illərindən başlanılıb. O dövrdən istismar olunan elektrik verilişi xətlərinin və yarımstansiyaların bu gün yenidən qurulması zərurətə çevrilib. Bu gün energetikanın inkişafı diqqət mərkəzində saxlanılır, bu sahədə çalışanlar üçün normal iş şəraiti yaradılır, sosial rifah halları yaxşılaşdırılır”.

Ali Məclisin Sədri enerji təminatı sahəsindəki işlərin bundan sonra da davam etdiriləcəyini bildirib: “Muxtar respublikada əhalinin elektrik enerjisi ilə fasiləsiz təmin olunması, dayanıqlı enerji mənbələrinin yaradılması istiqamətində ardıcıl tədbirlər görülür. Yeni elektrik stansiyaları tikilir, müasir yarımstansiyalar yaradılır, bərpa olunan enerji mənbələrindən səmərəli istifadə olunur. Hazırda Arpaçay Su Elektrik Stansiyası sınaq rejimində işləyir. Həmçinin “Ordubad” və “Arpaçay-2” su elektrik stansiyalarının tikintisi davam etdirilir. Gələcəkdə muxtar respublikanın dağ çaylarının mövcud hidroenerji potensialından istifadə edilərək yeni su elektrik stansiyalarının tikintisi də həyata keçiriləcək”. Sonra Ali Məclisin Sədri yarımstansiyanın qurulmasında fərqlənənləri hədiyyələrlə mükafatlandırıb, açılışı bildirən rəmzi lenti kəsib.

Məlumat verilib ki, 1959-cu ildə qurulan “Ordubad” yarımstansiyasının avadanlıqlarının istismar müddəti başa çatdığından mövcud stansiyanın yaxınlığında gücü 41 meqavoltamper olan 110/35/10 kilovoltluq yeni yarımstansiya tikilib. 9 mindən artıq əhali abonentinin dayanıqlı enerji təminatını həyata keçirəcək yarımstansiya üzrə yay aylarında elektrik enerjisinə olan tələbat 10-12, qış aylarında isə 4-5 meqavatdır.

Həmin gün Ali Məclisin Sədrinin iştirakı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin binası istifadəyə verilib və Ordubad şəhərindəki əsaslı təmir olunan yaşayış binalarına baxış olub.

Mənbə: http://www.zaman.az/
Baxış: 728 | Added by: ordubad | Təsnifat: 0.0/0 |
Ümumi şərhlər: 0
Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Paylaş
Sorğu
Ordubadın harasındansız?
Total of answers: 1882
Chat
Dost saytlar

Ordubad - Azərbaycanın incisidir

Sual Cavab saytı

Iqtisad Universiteti

Sayğac


Cəmi online: 1
Qonaqlar: 1
Istifadəçilər: 0