Ordubadda yenə qızıl aşkar edilib - ORDUBAD RAYONU

ORDUBAD

Menyu
Login

Axtarış
Tags
Download yüklə keleki indir Elcibey kotam kendi kotam ordubad Ordubad Rayonu Endemic Ordubadda Novruz pezmeri naxcivan gilancay pezmeri selalesi ordubad xani Ordubad meyveleri Ordubad limonu Novruz Bayrami ordubad Ordubad lalelik
Facebook
Kalendar
«  Aprel 2012  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
2930
Ana səhifə » 2012 » Aprel » 25 » Ordubadda yenə qızıl aşkar edilib
Ordubadda yenə qızıl aşkar edilib
21:07
Anglo Asian Mining» şirkəti deyir ki, Ordubad mədənində qızıl aşkar edib. Şirkət Azərbaycanda qızıl istehsalını genişləndirmək üçün tapıntı ərazisində 2015-ci ilə qədər 300 min unsiyaya qədər qiymətli metal hasil etməyi planlaşdırır.
(Bir unsiya təxminən 30 qramdır).

«Bu tapıntı Ordubad ərazisində «Piyazbaşı» və «Ağyurt» yataqlarında 2010-2011-ci illərdə aparılmış tədqiqat işlərindən sonra təqdim olunur. Həmin işlərə sovet vaxtı başlanıb», şirkətin məlumatında deyilir.

«Anglo Asian Mining» qızıl istehsalına Gədəbəy rayonunda qızıl və mis şaxtalarında 2009-cu ildən başlayıb. Şirkət Gədəbəydən 37 ton qızıl çıxartmağı planlaşdırır.

«Tədqiqatın və geoloji kəşfiyyat işlərinin nəticələrinə dair ətraflı məlumat yaxın günlərdə veriləcək», şirkət qeyd edir.

«Anglo Asian Mining» Azərbaycanda qızıl istehsalını 2010-cu illə müqayisədə 2011-ci ildə 15 faiz azaldıb.

«Anglo Asian Mining»dəki mənbə yanvar ayında «Reuters» agentliyinə bildirmişdi ki, «azalmaya səbəb bəzi maliyyə problemləri olub, artıq o məsələlər həllini tapıb».

Şirkət Azərbaycanın qərbində 430 ton qızıl ehtiyatı olduğu bildirilən 7 mədəndə tədqiqat aparmağı nəzərdən keçirir.

Şirkətə «R.V. Investment Group Services» rəhbərlik edir. Səhmlərin 49 faizi Azərbaycan hökumətinə məxsusdur.




Menbe: www.azadliq.org
Baxış: 666 | Added by: ordubad | Təsnifat: 0.0/0 |
Ümumi şərhlər: 0
Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Paylaş
Sorğu
Ordubadın harasındansız?
Total of answers: 1882
Chat
Dost saytlar

Ordubad - Azərbaycanın incisidir

Sual Cavab saytı

Iqtisad Universiteti

Sayğac


Cəmi online: 1
Qonaqlar: 1
Istifadəçilər: 0