ORDUBAD

Menyu
Login

Paylaş
Axtarış
Chat
Tags
Ordubad Rayonu Elcibey kotam kendi yüklə indir yukle naxcivan Endemic Ordubadda Novruz Novruz Bayrami pezmeri pezmeri selalesi kotam ordubad Ordubad meyveleri ordubad cəvizi Ordubad limonu ordubad xani ordubad keleki Ordubad lalelik
Kalendar
«  Noyabr 2011  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Ana səhifə » 2011 » Noyabr » 10 » Ordubadın qızıl filizi yataqları
Ordubadın qızıl filizi yataqları
01:08
Ağyurd yatağı

Ağyurd yatağı Vənəndçayın sağ qolu olan Ayıçınqılı çayının orta
axım hissəsində, Pəzməri kəndindən 8 km şimal-şərqdə yerləşir. Ağyurd
yatağının struktur mövqeyi Munundərə təzahürü ilə eynidirr. Fərqli
cəhətlərindən biri burada əlavə olaraq mis-porfir filizləşməsinin inkişaf
etməsidir.
Ağyurd yatağı kvarslı sienit-diorit tərkibli dayka komplekslərinin
inkişaf etdiyi zolağa Ordubad qırılması ilə Misdağ qırılmasının kəsişmə
qovşağına aid edilmiş, kvarslaşmış, kaolinləşmiş və dəmirləşmiş süxurlarla
bərabər kvars damar və damarcıqları ilə təmsil olunan 24 qızıl filiz
zonasından və damar-zonadan ibarətdir. Sonuncuların uzunluğu 1 km-ə
qədər, eni adətən 2-8 m, qırılma zonalarında 50 m-ə qədər, kvars-sulfid
damar və damar-zonalarında qalınlığı 0,3 m-dən 3,0 m-ə qədər olub,
adətən 0,7-1,5 m təşkil edir. İri ölçülü zonalar ştokverk tipli mismolibden
filizləşməsi ilə müşayiət olunur. Şimal-şərq istiqamətli zonalar
və damar-zonalar az qalınlıqlı (5 m-ə qədər) kvarsın müşayiəti ilə güclü
sulfidləşmiş və 0,01-1,1% mis, 0,001-0,203% molibden olmaqla qızıl və
gümüş saxlayır.
Ağyurd yatağı hüdudlarında yaxşı öyrənilmiş və daha perspektivli
zonalar 3 №-li və "paralel” adlandırılan 7 №-li zonalardır.
Munundərə qızıl filiz təzahürü Parağaçay damar-molibden yatağının
şimal-şərq damar-zonasıdır. Molibden damarları şimal-qərb, qızılfiliz
damarları isə şimal-şərq istiqamətlidir. Sonuncular gec mərhələdə əmələ
gəldiyindən şimal-qərb istiqamətli damarları kəsirlər. Qeyd etmək lazımdır
ki, şimal-qərb istiqamətli molibden damarları da həmçinin qızıl və
gümüş saxlayır, lakin onlar heç də hər yerdə rast gəlinmir və miqdarı çox
aşağıdır (tək-tək sınaqlar istisna olmaqla). Qızılın konsentrasiyasına görə
şimal-şərq zonalar daha çox diqqəti cəlb edir. Bu cür qanunauyğunluq
təkcə Parağaçay yatağı üçün xarakterik olmayıb, Mehri-Ordubad
plutonunun endo və ekzotəmas zolağı boyunca uzanan Ordubad qırılması
zolağında yerləşən bütün damar-molibden və molibden-mis-porfir yataqları
üçün də səciyyəvidir. Bu cür yerləşməyə səciyyəvi misal enə yaxın
istiqamətli mis-molibden və şimal-şərq istiqamətli qızıl filizləşməsi
saxlayan Ağyurd yatağını aid etmək olar. Bu qanunauyğunluq çoxsaylı
qızıl filiz yataqlarının aşkar olunması üçün ehtiyat variant sayıla bilər.

Munundərə yatağı
Munundərə yatağında bütövlükdə qızıl-sulfid-kvars formasiyasına
aid olan qızıl-mis və bəzən polimetal filizləşməsi saxlayan şimal-şərq
istiqamətli 20 damar və damar-zonalar məlumdur. Filizli damar-zonaların
uzunluğu 300-1000 m, qalınlığı 0,3-1,0 m (genişlənən sahələrdə 2-3
m), mağaranın məlumatlarına görə filizləşmənin şaquli təsiri 200-250 mdir.
Ən yaxşı öyrənilmiş damar-zonalar 1, 2, 4 №-li və 2 №-linin apofizi
hesab olunur.1 №-li damarın orta qalınlığı 0,8 m olmaqla (0,4-1,8 м) 700 m
uzunluğa, yatım istiqamətində isə 260 m (3 horizontda öyrənilmişdir)
izlənilmişdir.
2 №-li damarın orta qalınlığı 1,10 m olmaqla (0,8-1,37 м) 250 m
uzunluğa, yatım istiqamətində isə 120 m izlənilmişdir.
2 №-li damarın apofizası 0,5 m qalınlıqda olub, 120 m uzunluğa,
yatım istiqamətində isə 200 m izlənilmişdir.

Piyazbaşı yatağı
Pəzməri kəndinin yaxınlığında Vənəndçayın yuxarı axım hissəsində
yerləşir. Yataq damar tiplidir. Tərkibinə görə qızıl-kvarslı olub,
sulfidlər demək olar ki, yoxdur və ya onlara nadir hallarda rast gəlinir.
Eosenin vulkanitlərinə aiddir. Filizləşmə morfologiyasına və maddi
tərkibinə görə Eosenin qızıl-sulfid-kvars damarlarından fərqlənir, qeyd
olunduğu kimi Eosenin bütün damarları tərkibinə görə qızıl-kvarslı olub,
çox ehtimal ki, filizləşmə Oliqosenin turş tərkibli subvulkanik fasiyaları
ilə əlaqədardır.
Piyazbaşı yatağında 73 qızıl-kvars damarı öyrənılmişdir. Onlar
əsasən 40-900 bucaq altında yatır və ŞmQ 310-350° istiqamətdə uzanırlar.
Həmçinin şimal-şərq istiqamətli damarlara da rast gəlinir. Damarların
qalınlığı 0,3-1,5 m həddində dəyişir. Ən perspektivli damarlar 1 və
1a №-li damarlar sayılır. Əhəmiyyətli dərəcədə maraq kəsb edən
damarlar 4, 5, 8, 22, 29, 36, 36a, 38 və 57-dir.
Axtarış işlərinin nəticəsində müəyyən olunmuşdur ki, uzanma
istiqamətində 60-150 m uzunluğunda filiz sütunları əmələ gətirən qızıl
filiz damarlarının mərkəzi hissəsi daha perspektivli sayılır.

Kələki təzahürü
Kələki təzahürü Kələki kəndindən 0,5 km cənubda yerləşir.
Geoloji quruluşunda diorit-porfiritlərlə yarılmış Orta Eosen yaşlı andezitlər
və onların aqlomeratları iştirak edir. O, Dırnıs-Kələki-Şələrdərə-
Məzrə-Nəsirvaz qırılmasının cənub-şərq hissəsinə, Orta Eosen yaşlı
vulkanitlərin dəyişməsi hesabına törəmə kvarsitlərə çevrilmiş, eni 0,2-1,0
km olan metasomatitlər zonasına aiddir.
Qızıl təzahürü hüdudlarında 27 zona məlumdur. Ən maraqlı
zonalar 24, 25, 26 və 27 №-li zonalardır. Tərkibinə görə zonalar mis-
qızıl filizli olub, qızıl-sulfid-kvars formasiyasına aiddir. Bu zonalar yer
səthində qızıllı olduğuna görə maraq kəsb edir, dərinlikdə isə qızıl cüzi
miqdardadır.

Şəkərdərə mis-qızıl filiz təzahürü
Şəkərdərə mis-qızıl filiz (qızıl-sulfid-kvars) təzahürü Kələki kəndinin
yaxınlığında yerləşir və Bənəndçayın birinci yamacından başlayaraq
Kələki təzahürünün şimal-qərb davamı hesab olunur. Geoloji situasiya
Kələki təzahüründə olduğu kimidir.
Şəkərdərə təzahüründə törəmə kvarsitlər zolağında xalkopirit, pirit,
qızıl, kvars və digər minerallar müşahidə olunan 7 hidrotermal-dəyişmiş
süxurlar zonası öyrənilmişdir. Ən çox maraq kəsb edən zonalar 1, 2, 3
№-li zonalardır.
1 №-li zonanın qalınlığı 2,0-8,0 m, orta hesabla 4,0 m olmaqla 200
m (ŞmQ 320-340°∟60-80°) izlənilmişdir.
2 №-li zona ŞmQ 330-340°∟70-80° CŞ-ə izlənilir. O, orta
qalınlığı 5 m olmaqla 700 m məsafədə izlənilir. Şimal-qərb cinahda orta
qalınlıq 2,0 m olub 250 m uzunluqda izlənilmişdir. Cənub-şərq cinahdakı
2 №-li zona orta qalınlığı 7,0 m olmaqla, yer səthində 200 m məsafədə
öyrənilmişdir. Dərinlikdə 2 №-li zona 1 №-li ortla açılmış və tam qalınlıq
13 m olmuşdur.
3 №-li zonanın orta qalınlığı 5,0 m, uzunluğu 150 m-dir (ŞmQ
330-340° ∟ 60-70°).

Əlincəçay (Başkənd) təzahürlər qrupu
Əlincəçay (Başkənd) təzahürlər qrupu Başkənd kəndi ərazisində,
Əlincəçay çayının hövzəsində yerləşir. Qızılfiliz filizləşməsi qranodioritporfir
tərkibli dayka qurşağına aid edilir. Dayka qurşağı davamlı şəkildə
izlənilir və böyük enə (200-300 m) malikdir.
Filizləşmə qızıl-azsulfidli-kvars tiplidir. Qızıl orta və iri dənəlidir
(0,5-1,5 mm). Təzahürdə qızılın resursları kəşfiyyat işləri aparılan Başkənd
səpinti yatağının bazası hesabına proqnozlaşdırılır. Burada həm
səpinti, həm də köklü qızıl proqnozlaşdırılır. Əlincəçay (Başkənd) təzahürü
ümumi axtarış mərhələsindədir.

Mənbə: Naxçıvan Muxtar Respublikasının faydalı qazıntıları
Bakı 2010

Baxış: 2364 | Tərəfindən əlavə olundu: ordubad | Təsnifat: 0.0/0 |
Ümumi şərhlər: 0
Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Facebook
 
Sorğu
Ordubadın harasındansız?
Total of answers: 2026
Dost saytlar

Ordubad Rayonu

Iqtisad Universiteti

Sayğac

Copyright Ordubad © 2024
Make a free website with uCoz