ORDUBAD

Menyu
Login

Paylaş
Axtarış
Chat
Tags
Ordubad Rayonu Elcibey kotam kendi yüklə indir yukle naxcivan Endemic Ordubadda Novruz Novruz Bayrami pezmeri pezmeri selalesi kotam ordubad Ordubad meyveleri ordubad cəvizi Ordubad limonu ordubad xani ordubad keleki Ordubad lalelik
Kalendar
«  Fevral 2009  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
Ana səhifə » 2009 » Fevral » 3 » Ordubadın təbiəti haqqında
Ordubadın təbiəti haqqında
16:04
Ulu yaradan heç bir gözəlliyini Ordubaddan əsirgəməyib. Kiçik Qafqaz sıra dağlarının ən uca zirvəsi sayılan Qapıcıq dağdan, başları qarlı Soyuq, Əjnövür, Bəlkə dağlarından, "Şıxı yurdu", "Qurban yurdu" və "Salabun"dan keçərək "Zəvvar" arxı ilə gəlib kiçicik şəlalə kimi çaylarımıza tökülən qar sularından mayalanan buz kimi sərin çeşmələr, kəhrizlər, təmiz dağ havası, bol məhsullu meyvə bağları, göz oxşadıqca uzanan əkin sahələri, qədim Şərq üslubunda tikilmiş memarlıq abidələri, zəhmətkeş insanları, istedadlı ziyalıları, ismətli, gözəl qızları, igid oğlanları qonaqpərvər, saf ürəkli, təmiz məhəbbətli əhalisi olan Ordubad tarixən bura gəlib-gedən səyyahları, qonaqları valeh etmişdir. Şairanə aşırımlı qayalar, qoca çinarlar, qoz (cəviz) ağacları, həzin səsli bulaqlar, həsrət baxışlı "cənub" dağları, müəzzinin sübh tezdən sədalanan azan səsi ordubadlılara behiştin iyini hiss etdirir.

Hələ XIX əsrin əvvəllərində yazırdılar;

"...şəhərin yüksəklikdə yerləşən coğrafi möqeyi, dağlardan axıb gələn saf və buz kimi sərin sulu çeşmələr, daima hərəkətdə olan şimal tərəfdən birtərəfli örtülmüş dağların havası - bütün bunlar sağlam mühitin hökm sürməyinə və insanların mehriban əhval-ruhiyyəli olmalarma səbəb olur..."

XX əsrin əvvəllərində bu gözəl yurdu ziyarət etmiş Nefodov adlı bir səyyah yazırdı:

"Ordubad öz daş-qaşı ilə parıldayan qənirsiz gözələ bənzəyir. Ordubad çinarları təbiət tamaşası, el yaraşığıdır. Bu yurdun çinarları da torpağı kimi qədimdir".

Sərşəhərin və Ambarasın qoşa çinarları hələ XIX əsrdə çoxlarını valeh etmişdir. Rus alimi İ.Şopen, polyak tədqiqatçısı A.Petzold, fransız yazıçısı A.Düma və başqalan öz yazılarında bu gözəlliyi vəsf etmiş, Ordubad çinarlarının möhtəşəm vüqarına heyran qaldıqlarını bildirmişlər.

XVII əsrdə yaşamış Məhəmməd Müstafa Ordubadda gur və əla suyu olan kəhriz və çeşmələrin olduğundan xəbər verirdi. O, yazırdı ki, Ordubad çeşmələrinin gözündən su içənlərin üz-gözü nurlu olur.

1560-1633-cü illərdə yaşamış görkəmli Azərbaycan tarixçisi İsgəndər Münşi yazırdı:-"Günəş Ordubadın tacıdır. O, behiştə verilən tərifə layiqdir. Hər bir daşın altında gizlənmiş 100 bulağı vardır. Huri-mələklərin gözünü Nəzərə dağı işıqlandırır".

Tarixə nəzər saldıqda aydın olur ki, vaxtilə Ordubadda 100-dən çox çeşmə, kəhriz olmuşdur. Yerli əhali şəhərin mərkəzindən keçən "Dübəndi" çayından torpaq sahələrini suvarmaq üçün, bu çeşmələrin suyundan isə içmək üçün istifadə edirmiş, Ümumiyyətlə isə tarixən Ordubadda çeşmələr həmişə müqəddəs sayılmışlar. Hazırda şəhərdə 34 çeşmədən istifadə olunur. Bütün çeşmələr bir-biri ilə yeraltı yollar vasitəsilə bənd edilmişdir. Çeşmələr və su quyuları yeraltı yollar vasitəsilə paylanaraq məhəllələrdə və yaşayış evlərinin həyətlərində üzə çıxırlar,

Şərq aləmində ən nadir tikili sayılan Ordubad çeşmələri sirrli bir aləmə bənzəyirlər. Dünyanın bir sıra ölkələrini gəzmiş səyyahlar bu tikililərə heyran olmuş və insan əllərinin ağılasığmaz varlıqlar yaratmasına əmin olmuşlar. Texnikanın inkişaf etmədiyi bir dövrdə (XIII-XIV əsrlər) tikilən yeraltı çeşmələrin möcüzəsi hələ də alimləri düşünməyə məcbur edir. Bir neçə kilometrlərlə uzanan və on metrlərlə dərinliklərdə salınan çeşmələr bəzən yerin altındakı gözqamaşdırıcı daşlara bürünmüş geniş "otaqlarla", bəzən də çox dar olan keçidlərlə müşayət olunur. Maraqlı məqamlardan biri də budur ki, altından çeşmələr keçən məhəllələr relyeflərinə görə enişli-yoxuşlu olsalar da, dərinliklərdə axan suyun yolu tamamilə düz xətt boyunca uzanır. Buna görə də eyni çeşmənin çıxışı bir yerdə 70-80 m dərinliklərdə, digər yerdə isə 5-10 m-liklərdə salmmışdır. Çox aşağı dərəcədə olan suyun axma istiqamətini saman çöpündən istifadə etmədən aşkarlamaq çox çətindir.

Ordubad şəhərinin yerləşdiyi relyef buraya gələn insanlarm könlünü açır, sifətini nura qərq edir. Hər tərəfi dağlarla əhatə olunmuş və yaşrl bağlar qoynuna sığınmış Ordubadm iqlimi dörd qütbdən gələn küləklərin qovuşuğundan yaranaraq buranı cənnət-məkan guşəyə çevirir, insanları qurub-yaratmağa, yaşamağa həvəsləndirir, Qədim səyyahlarm dediyi kimi:


"Ordubad kiçik şəhərlər içərisində Avropada birinci, dünyada isə ikinci yaşayış məskənidir ki, buraya qonaq gələn nabələd adam da azıb qalmaz. Hər məhəllədə tikilmiş 2-3 məscid və qəbiristanlığı, tinlərin və dalanların kəsişdiyi yerlərdə salınmış karvansaralar, qədim tipli çiy kərpicdən tikilmiş evləri olan bu kiçik şəhərə gələn hər bir kəs hara keçib getsə də yenə gəlib mərkəzi küçədə görüşəcəkdir".

Baxış: 2843 | Tərəfindən əlavə olundu: ordubad | Etiketlər: ordubadin tebieti haqqinda | Təsnifat: 0.0/0 |
Ümumi şərhlər: 0
Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Facebook
 
Sorğu
Ordubadın harasındansız?
Total of answers: 2030
Dost saytlar

Ordubad Rayonu

Iqtisad Universiteti

Sayğac

Copyright Ordubad © 2024
Make a free website with uCoz