ORDUBAD

Menyu
Login

Paylaş
Axtarış
Chat
Tags
Ordubad Rayonu Elcibey kotam kendi yüklə indir yukle naxcivan Endemic Ordubadda Novruz Novruz Bayrami pezmeri pezmeri selalesi kotam ordubad Ordubad meyveleri ordubad cəvizi Ordubad limonu ordubad xani ordubad keleki Ordubad lalelik
Kalendar
«  İyul 2012  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
293031
Ana səhifə » 2012 » İyul » 1 » Fəqir Ordubadi
Fəqir Ordubadi
14:14
Həyatı
Hacı ağa Fəqir Ordubadi – 9 yanvar 1836-cı ildə Ordubadda kiçik tacir ailəsində anadan olmuşdur. Atası Məhəmməd ticarət işləri ilə əlaqədar olaraq tez-tez İrana, Təbriz, Marağa, Şiraz və başqa şəhərlərə gedər, bəzən oğlu Hacağanı da özü ilə birlikdə aparardı. Odur ki, gəzdiyi yerlər və şahidi olduğu hadisələr hələ kiçik yaşlarından Fəqirin dünyagörüşünə təsir etmiş, onun gələcək inkişafında müsbət rol oynamışdır.
Firidun bəy Köçərlinin tədqiqatlarından məlum olur ki, Fəqir Ordubadi Şirazda təhsil almış, ərəb və fars dillərini orada mükəmməl öyrənmişdir.
M. S. Ordubadi atası haqqında yazır ki, "atam Hacıağa Fəqir, Şah Abbasın yanında böyük mərtəbə qazanmış məşhur şair Mirzə Hatəm Ordubadinin nəvəsidir... Atamİran Azərbaycanının Dizmar mahalından, Üştibin kəndindən olan Pənah adlı bir bağbanın qızı ilə evlənib ailə qurmuşdur. Nəsillikcə məşhur şair Nəbatiyə qohum sayılan bu ailə "yerli Həsənabad xanlarının qarət və qırğınından" yaxa qurtarmaq üçün baş götürüb qaçmış və Ordubadda məskən salmışdı. Hacıağa bu ailədən evləndiyi zaman həddindən artıq yoxsulluq içərisində yaşayırdı. Məhz buna görə də şerlərində "Fəqir" təxəllüsünü işlədirdi.
Bu illərdə Fəqir ərəb və fars dillərinin köməyilə klassik Şərq şairlərinin əsərlərini mütaliə edir, Sədi, Hafiz, Xəyyam, Nizami və Füzuli kimi sənətkarların şerlərinə nəzirə və bənzətmələr yazır, şerlərinin müəyyən bir qismini isə dini mövzulara həsr edirdi. Gözəl təbə və şairlik istedadına malik olan Fəqir yalnız "Əncüməni-şüəra" ədəbi məclisinə cəlb edildikdən sonra tədricən püxtələşməyə başlayır və ictimai-realist şerlər qələmə alır. Get-gedə yaradıçılığındakı tənqidi meyllərin qüvvətlənməsi ilə əlaqədar olaraq, axund və mollaların, din və şəriət adamlarının güclü təqibi Fəqiri çıxılmaz vəziyyətdə qoyur. Bu zaman din xadimləri və varlı şəxslər dini ehkamlara xidmət edən mövhumatçı şairnümalara xoşagəlməz həcvlər yazdırıb Fəqiri nüfuzdan salmağa çalışırlar. Təqiblərə və yoxsulluğa məruz qalan şair vətəni Ordubadı tərk edərək bir müddət Türküstan və İranda yaşamağa məcbur olur. Bu illərdə "Əncüməni-şüəra"nın üzvlərindən olan görkəmli maarifpərvər şair Məhəmməd Tağı Sidqi də Ordubadı tərk etmişdi. Hər iki maarifpərvər şairin Ordubaddan uzaqlaşması "Ənçüməni-şuəra" ədəbi məclisinin zəifləməsinə və pərakəndə hala düşməsinə səbəb olmuşdu. Odur ki, vətəndən xaricdə Sidqi ilə görüşən Fəqir onun təkidi ilə yenidən Ordubada qayıdır və məclisə başçılıq etməklə bərabər, maarifçilik fəaliyyətini də davam etdirir. Bu vaxtlar şair Ordubadda yeni üsullu xüsusi məktəb açır. Bu məktəbdə dini elmlərlə yanaşı, dünyəvi elmlər də tədris olunurdu. Şair açdığı məktəbin cüzi gəliri hesabına dolanırdı. Lakin bu vəziyyət uzun sürmür. Həmin vaxt şairin əleyhdarlarının hiyləsi ilə Naxçıvan Culfasının Yaycı kəndindən Molla Kazım adlı birisi Ordubada gələrək xüsusi məktəb açır və dini elmləri tədris etməyə başlayır. Odur ki, şagirdlər öz valideynlərinin təkidi ilə Fəqirin məktəbini tərk edib Molla Kazımın dini məktəbinə axışırlar. Beləliklə, "din və şəriət əhli" içərisində "nüfuzunu itirən" Fəqir özunün yeni üsulda açdığı məktəbi bağlamalı olur. Lakin güzəranının xeyli ağırlaşmasına bais olan Molla Kazım şairin satirik qələmindən yayına bilmir. Qəzəb və nifrətini gizlədə bilməyən Fəqir aşağıdakı həcv vasitəsi ilə Molla Kazımı satira atəşinə tutur:
Yaycıdan mədrəsəyə bir taza zurnaçı gəlib,
Yelləyibdir tuluğun, zurna çalan xaçı gəlib.
Molla Kazım kimi qaragüruh adamların təzyiqi nəticəsində ağır güzəran keçirən Fəqirin ömrünün sonlarına yaxın gözləri tutulur. Lakin həyat işığına həsrət qalan şair yenə də məclisdə iştirak edir, şerlərini isə yaxın qələm dostları olan Sidqi, Nədim və Bikəs təxəllüslü şairlərə yazdırırdı.
Həyatının bu cür ağır və sarsıntılı vaxtlarında da qaragüruh din xadimlərn və bir qrup varlı şəxslər Fəqiri təqib edir, onu nüfuzdan salmağa çalışırdılar. Çox çəkmir ki, onların hiyləsi nəticəsində komissarın və knyazın əmri ilə şairin atasını və əmisini həbs edirlər. Bu hadisə Fəqirə çox ağır təsir edir. O, hökumət idarələrinə şikayət etsə də, heç bir səmərə vermir. Nəticədə şair Naxçıvan xanlarından olan Kalbalı xana bu xüsusda mənzum məktubla müraciət edib ondan kömək istəyir.
Bu məktubdan sonra Kalbalı xanın işə qarışması nəticəsində şairin atası və əmisi həbsdən azad olunurlar. Lakin bir azdan sonra Fəqirin qardaşını da knyazın əmri ilə həbs edirlər. Bu hadisə ilə əlaqədar olaraq Fəqir bir daha Kalbalı xana və İsmayıl xan Naxçıvanskiyə mənzum xahişnamə və mədhiyyələrlə müraciət edir.
Məktublar bir daha sübut edir ki, yaradıcılığındakı tənqidi cəhətlərə görə şairin özü və ailəsi yerli hakim dairələrin, din və şəriət xadimlərinin güclü təqibinə məruz qalmışdır. Hətta şair ömrünün sonlarına yaxın həddindən artıq müflis bir vəziyyətə düşmüş və ehtiyac ucbatından Ordubadın və Naxçıvanın varlı şəxslərinə mədhiyyələr yazıb onlardan azuqə və geyim şeyləri istəmişdir.
Bunu Fəqirin əlyazma divanındakı müxtəlif şəxslərə yazılmış mənzum mədhiyyələr də təsdiq etməkdədir. Həmin mədhiyyələrində Fəqir Ordubad və Naxçıvanın varlı şəxslərindən sayılan tacir Hacı Məhəmməd Hüseynə, Mirzə Cəfər Ordubadiyə, Hacı Molla Hüseynə, Ordubadın hakimi Şeyxəli xanın oğlu Məhəmmədsadıq xana və başqalarına iltimas edərək dəfələrlə onlardan yardım istəmişdir.
Lakin bütün bu mədh və təriflərə baxmayaraq, şair varlı şəxslərin heç birindən yardım ala bilmir. Odur ki, bir tərəfdən, yoxsulluq dərdi, digər tərəfdən də yazdığı əsərlərə qədir-qiymət verilməməsi Fəqiri ruhdan salıb ümidsizliyə və bədbinliyə yuvarladır. Məhz bunun nəticəsidir ki, ömrünün sonlarına yaxın şair əvvəlki aşiqanə-lirik məzmunlu qəzəllərindən uzaqlaşıb, zəmanədən şikayət ruhlu bədbin şerlər qələmə alır. Qəm-qüssədən təngə gələn Fəqir 1886-cı ildə vəfat edir. Şair dostları onu Ordubad qəbiristanlığında dəfn edirlər.

Yaradıcılığı
Tacir Məhəmməd Hüseynə yazdığı mədhiyyə
Gəlibdi eyd təmamə, libaslar dağılıb,
Nə kürk, nə geymə, nə don vardı, qalmışam üryan.
Dedim bular hamısı səhldür və leyk əba
Gərək birisin alam, ya ucuz və ya ki, giran.
Cibimə əl uzadıb, gəldi köhnə pambuqlar,
Məni bu nəfsi-dəni qoydu matü sərkərdan.
Dedim ki, nisyə çətindür, vəli əba də zərur,
Bu bayram axşamı bu dərdə bəs nədir dərman?
Bu fikrdə mənə verdi nəvid hatifi-qeyb
Ki, çox bu barədə məbhut olma, çəkmə fəğan!
Dedi ki, Hacı Məhəmməd Hüseynə qıl izhar,
Süruşi-ğeyb səni bəndəyə veribdi nişan.
Mənim ticarəti-kəsbim, Hacı, bu şe'rimdir,
Yoxumdu malü cəlalü məxariçə imkan.

Menbe: http://az.wikipedia.org
Baxış: 1306 | Tərəfindən əlavə olundu: ordubad | Təsnifat: 0.0/0 |
Ümumi şərhlər: 0
Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Facebook
 
Sorğu
Ordubadın harasındansız?
Total of answers: 2030
Dost saytlar

Ordubad Rayonu

Iqtisad Universiteti

Sayğac

Copyright Ordubad © 2024
Make a free website with uCoz