ORDUBAD

Menyu
Login

Paylaş
Axtarış
Chat
Tags
Ordubad Rayonu Elcibey kotam kendi yüklə indir yukle naxcivan Endemic Ordubadda Novruz Novruz Bayrami pezmeri pezmeri selalesi kotam ordubad Ordubad meyveleri ordubad cəvizi Ordubad limonu ordubad xani ordubad keleki Ordubad lalelik
Kalendar
«  Noyabr 2020  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
2930
Ana səhifə » 2020 » Noyabr » 23 » Naxçıvan 30 ildən sonra blokadadan azad olunur - AÇIQLAMA
Naxçıvan 30 ildən sonra blokadadan azad olunur - AÇIQLAMA
00:36


"Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.

Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir".

XəzərXəbər xəbər verir ki, Naxçıxanın blokadadan çıxmasını nəzərdə tutan bu şərt Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladığı Bəyanatda öz əksini tapıb.

Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilib. Həm bütün kommunikasiyaların, yolların açılması, eyni zamanda burada göstərilir ki, yeni nəqliyyat kommunikasiya infrastrukturu yaradılacaq. Naxçıvanla bağlı bənd məhz Prezident İlham Əliyevin təkidindən sonra bəyanata salınıb. Çünki birbaşa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bu bəndin əlaqəsi yoxdur.

Qeyd edək ki, Naxçıvanla bağlı bənd Muxtar Respublikanın Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım olub. Çünki mənfur düşmən 1990-cı illərin əvvəllərində və ondan da bir qədər əvvəl Naxçıvanı faktiki olaraq mühasirəyə almışdı. Bütün kommunikasiya xətləri kəsilmiş və faktiki olaraq Naxçıvan çox ağır vəziyyətdə qalmışdı.

Politoloq Şəbnəm Həsənova hesab edir ki, qarşıdan gələn qış müvsümündə qan tökülmədən, itki verilmədən ərazi baxımdan böyük rayonlarımız da işğaldan azad olunur. Rusiya və Türkiyə sülhməramlılarının əraziyə gəlməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə sinxron qaydada aparılır. Аrtıq qoşunların təmas xətti anlayışı yoxdur. Təmas xəttini, status-kvonu yaran da biz olduq. Atəşkəs isə hal-hazırda Ermənistan və Azərbaycan silahlı qüvvələrinin yerləşmə məntəqələri ilə müəyyən olunur.

Onun sözlərinə görə, Rusiya və Türkiyə silahları qüvvələri sülhməramlı statusda məhdud kontingentlə əraziyə yerləşdirilir: "Sülhməramlıların yerləşmə müddəti 5 il müəyyən olunur. Ölkə başçımız hər zaman münaqişənin həlli prosesində Türkiyənin də iştirak etməli olduğunu bəyan edirdi. Eyni zamanda Türkiyə atəşkəs rejiminə nəzarət etmək üçün yaradılacaq birgə monitorinq missiyasında da fəal yer alacaqdır. Türkiyə hərbçilərinin prosesdə iştirakı isə ona dəlalət edir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı alınacaqdır.

Bu proses çərçivəsində isə xüsusi vurğulanmalı daha bir məsələ var, o da Naxçıvanın, nəhayət ki, blokadadan azad olunmasıdır. Rusiya tərəfi Ermənistan ərazisindən keçməklə Naxçıvan ilə dəhlizin yaradılmasını öz üzərinə götürür. Özü haqqında məğlubedilməzlik sindromu, məğlubedilməz ordu mifi yaradan Ermənistan silahlı qüvvələri qısa müddət ərzində Azərbaycanın rəşadətli və mərd oğulları tərəfindən darmadağın edildi. Bundan sonra Ermənistan silahlı qüvvələrinə, dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün illər lazım olacaq".

Mənbə: xezerxeber.az
Baxış: 338 | Tərəfindən əlavə olundu: ordubadnmr | Etiketlər: naxcivan yolu acilir, naxcivan blokadadan cixir, naxcivan zengilan yolu | Təsnifat: 0.0/0 |
Ümumi şərhlər: 0
Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Facebook
 
Sorğu
Ordubadın harasındansız?
Total of answers: 2026
Dost saytlar

Ordubad Rayonu

Iqtisad Universiteti

Sayğac

Copyright Ordubad © 2024
Make a free website with uCoz