
İrəvan xanlığı işğal edildikdən sonra Rusiya İmperiyası tərkibində İrəvan quberniyası: İrəvan, Yeni Bəyazid, Naxçıvan, Sürməli, Şərur-Dərəlyəz, Eçmiədzin, Aleksandropol qəzaları
Şimali Azərbaycan Rusiyaya ilhaq olunduqdan sonra Naxçıvan xanlığı ləğv edilmiş, 1828-ci ilin martında yaradılan “Erməni vilayəti”nin tərkibinə verilmişdi. 10 aprel 1840-cı il islahatı haqqında qanununa əsasən Naxçıvan əyaləti əsasında qəza yaradılmışdı (1841-ci il yanvarın 1-dən qüvvəyə minmişdi). 1849-cü ildə İrəvan quberniyası yaradıldıqda Naxçıvan qəzası onun tərkibinə daxil edilmişdi. Rusiya işğalı ərəfəsində Naxçıvan xanlığının ərazisi təxminən 4500 kv.verst (1 verst=1,0668 km)olduğu halda, sonralar onun torpaqları xüsusi məqsədlə digər inzibati vahidlər arasında bölüşdürüldü. 1917-ci il Qafqaz təqviminin məlumatına görə, Naxçıvan qəzasının sahəsi 3939 kv.verst, yəni xanlığın ərazisindən 561 kv.verst az idi. Həmin dövrdə qəzada 122208 nəfər əhali yaşayırdı. Qəza əhalisinin 66117 nəfəri (54,1%) kişi, 56091 nəfəri (45,9%) qadın, 119272 nəfəri yerli sakin, 2936 nəfəri müvəqqəti yaşayanlar idi. Naxçıvan xanlığı Rusiyanın tərkibinə qatıldığı dövrdə (sonra Naxçıvan əyaləti və Ordubad dairəsi) burada təxminən 29463 nəfər (köçürülüb gətirilmiş ermənilərin sayı çıxılmaqla) əhali yaşayırdı. Çarizmin Türkmənçay müqaviləsindən (1828) sonra həyata keçirdiyi kütləvi erməni köçürmələri zamanı buraya 12 min (oradakı əhalinin 40,7%-i qədər) erməni gətirilmiş, nəticədə əhalinin etnik tərkibində dəyişiklik yaradılmışdı. Ermənilərin Naxçıvan ərazisinə köçürülməsi sonralar da davam etdirilmişdi. 1917-ci il Qafqaz təqviminin məlumatına görə, Naxçıvan qəzasında azərbaycanlıların sayı 70 min (57,3%) təşkil edirdi. Bu onu göstərirdi ki, çarizmin bütün cəhdlərinə baxmayaraq, Naxçıvan qəzasını erməniləşdirmək siyasəti boşa çıxmışdı. Çar hökuməti burada qəza idarə sistemi yaratmışdı. Qəzanın təsərrüfat həyatında aqrar bölmə (əkinçilik, bağçılıq, maldarlıq və s.) əsas yer tuturdu. Duz istehsalı da inkişaf etmişdi. Eyni zamanda, ipəkəyirmə, pambıqtəmizləmə müəssisələri fəaliyyət göstərirdi. 19-cu əsrin 60-70-ci illərində Tiflis-İrəvan-Naxçıvan, 19-cu əsrin sonu – 20-ci əsrin əvvəllərində Yevlax-Şuşa-Gorus-Naxçıvan şose yolunun çəkilməsi iqtisadi əlaqələri genişləndirdi. 1864-cü ildə Tiflis-Naxçıvan teleqraf xətti istifadəyə verildi. Sosial-siyasi və mədəni həyatda da müəyyən dəyişikliklər baş verdi. 1837-ci ildə Naxçıvanda qəza məktəbi açılmışdı. Çar Rusiyası tərəfindən ermənilərin Naxçıvana köçürülməsi ilə yanaşı, ermənilərin azərbaycanlılara qarşı apardıqları soyqırım siyasəti qəzada ağır vəziyyət yaratdı. Ermənilər 1905-06-cı illərdə Naxçıvan qəzasında yerli azərbaycanlılara qarşı dəhşətli qırğınlar törətdilər. Nəticədə, 1897-ci illə müqayisədə Naxçıvanda azərbaycanlıların sayı 31.279 nəfər (34,6%) azalmışdı. Təbii artım da nəzərə alınsa, erməni soyqırımı nəticəsində Naxçıvanda azərbaycanlıların sayı iki dəfə aşağı düşmüşdü. Ardını oxumaq üçün
|