Naxçıvan Muxtar Respublikasının Ordubad rayonuna yeni icra başçısı təyin edilib. ANS press-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev Elşad Novruz oğlu Məmmədovun Naxçıvan Muxtar Respublikası Ordubad rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
AzərTAc-ın məlumatına görə, sərəncamda bildirilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:
Elşad Novruz oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Ordubad rayonu İcra hakimiyyətinin başçısı təyin edilsin".
Prezident İlham Əliyevin digər sərəncamı ilə Elşad Məmmədqulu oğlu Əliyev Naxçıvan Muxtar Respublikası Ordubad rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.