Qapıcıq –Ordubad rayon ərazisində dağ.Zəngəzur silsiləsinin və eyni zamanda Kiçik qafqazın ən yüksək zirvəsi.Hünd.3904 m.Oxçuçay ilə Gilançayının suayrıcındadır.Eosenin vulkanagen çökmə süxurlarından təşkil olunmuşdur.Yamaclarında qədim buzlaq relyefi formaları(troq,kar,moren),zirvəsində daimi qar(3-4 m qalınığında)var.Qapıcıqın cənub və cənub-qərb yamacındakı yaylaqlarda(Qaranquş yaylağı,Nəbi yurdu)saysız-hesabsız qaya parçaları üzərində Gəmiqaya qədim təsviri sənət nümunələri həkk olunmuşdur(bax Gəmiqaya rəsmləri)Gəmiqayadan şərqə gedən yolun qapısı burada olduğundan,görünür,ulu nəsillər buna əsasən dağı Qapıcıq adlandırmışdır.
Baxış: 4296 |
Tərəfindən əlavə olundu: ordubad
| Etiketlər:
| Təsnifat: 0.0/0 |
Ümumi şərhlər: 0
Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər. [ Qeydiyyat | Giriş ]