Ordubadi Məmməd Səid (24.3.1872, Ordubad şəhəri - 1.5.1950, Bakı, Fəxri Xiyabanda dəfn olunmuşdur) - nasir, şair, dramaturq, jurnalist, tərcüməçi. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1938). Şair Fəqir Ordubadinin oğludur. İlk təhsilini mollaxanada almış, sonra isə görkəmli maarifçi M. T. Sidqinin yeni üsullu "Əxtər" məktəbində oxumuşdur. Atasını erkən itirdiyindən şəhərdəki ipək fabrikində fəhləlik etmişdir.
Yaradıcılığa 19-cu əsrin 90-cı illərində başlamış, zəmanənin haqsızlıqlarını tənqid edən şerlər yazmışdır. Cəhalət və nadanlıq əleyhinə yazdığı "Ədəbiyyat" adlı ilk mətbu şeri Tiflisdə çıxan "Şərqi-Rus" qəzetinin 13 iyul 1903-cü il tarixli 31-ci sayında dərc olunmuşdur. 1906-cı ildə Tiflisdə "Qəflət", 1907-ci ildə isə "Vətən və hürriyyət" adlı şer kitabları çap edilmişdir. 190
...
Ətraflı »