Sabirkənd - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd.
1 mart 2003-cü ilədək adı Sabir olmuşdur sonradan dəyişdirilərək Sabirkənd adlandırılmışdır.
Orta məktəbi, kulubu, kitabxanası, tibb məntəqəsi var.
Rayon mərkəzindən 23 km şimal-şərqdə, Ordubad-Naxçıvan avtomobil yolunun sağ kənarında, Arazın sol sahilində, Zəngəzur silsiləsinin ətəyindədir.
Əhalisi 963 nəfər (2000-ci il).
Əhalisi bağçılıq, əkinçilik, heyvandarlıq və meyvəçiliklə məşğuldur.