Usta Zeyal Nəqqaş - ORDUBAD RAYONU

ORDUBAD

Menyu
Login

Axtarış
Tags
Download yüklə keleki indir Elcibey kotam kendi kotam ordubad Ordubad Rayonu Endemic Ordubadda Novruz pezmeri naxcivan gilancay pezmeri selalesi ordubad xani Ordubad meyveleri Ordubad limonu Novruz Bayrami ordubad Ordubad lalelik
Facebook
Kalendar
«  İyun 2013  »
BBeÇaÇCaCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Ana səhifə » 2013 » İyun » 25 » Usta Zeyal Nəqqaş
Usta Zeyal Nəqqaş
13:01
Kərbəlayi Zeynalabdin Əbu Səid oğlu Usta Zeyal Nəqqaş (1829-1904) Məşhur xəttat nəqaş və şair olmuşdur. Naxçıvandakı "Xan sarayı" Bakıda H.Z.Tağıyevin ev muzeyinə (indiki Tarix muzeyi), Təbrizdə, Ordubaddakı "Came" məscidinə, Məşədi Tağının evinə, Əylis, Vənənd kəndlərində bəzi evlərə çəkdiyi rəsmlər və vurduğu nəqşlər hələ də durur. Ordubad şəhərinin "Malik İbrahim" qəbirstanlığındakı dağa bitişik "Qara pir"də vurduğu nəqş, XIX əsrin axırlarında İran şahının Ordubada gəlişi ilə əlaqədar olaraq "Came" məscidinin arxa tərəfinə yumurta sarısı, əhəng və başqa materiallardan hazırladığı məhlul vasitəsilə "Şiri xurşid" gerbini düzəltmiş və dizinin üstündə almazla kəsdiyi ayna qırıqları ilə ortasına günəş rəmzi də yapışdırmışdı. Həmin monumental əsərlər bu günə qədər qalmaqdadır. Ordubadlı alim, iqtisad elmləri doktoru, professor Əliqulu Fərəcov keçmiş SSRİ dövründə çap etdirdiyı "Ordubad" adlı balaca kitabında yazır:
"XVI əsr tarixçisi İskəndər Minşi "Tarixi aləmi-arayi Abbasi" kitabında görkəmli şəxsiyyətiərdən bəhs edərək Nəsrəddin Tusi nəslinə mənsub olan I Şah Abbasın vəziri Hatəmbəy Ordubadini göstərir, dövrünə mənsub şairlərindən İbrahim Ordubadinin, Mirzə Sadıq Ordubadinin, alim Mirzə Məhəmməd Ordubadinin və başqalarının adlarını çəkir"
1838-ci ildə Ordubadda təşkil edilmiş "Əncümənü-şüəra " adlı ədəbi məclis sonradan məlum olmayan səbəblərdən dağılmış və müntəzəm davam etməmişdir. Pedaqoji elmlər doktoru, professor mərhum İbrahim Mollayev yazırdı:
"1863-cü ilin əvvəllərində "Əncümənü-şüəra" Ordubadda ikinci dəfə Şıxəli Naibov tərəfindən yaradılır və öz ətrafına bir sıra ziyalılar toplayır. Ordubadın o zaman tanmmış şair və maarifpərvərlərindən M.T.Sidqi, Hacı Ağa Fəqir Ordubadi, Əhməd Ağa Sətni, Salik Xanağalı, Məşədi Həsən Dabbağ, Hacı Hüseyn Bikəs, Aşıq Abbas Dəhri, Qüdsi Vənəndi, Ağa Rəsul Əttar və başqaları bu ədəbi məclisin fəal üzvləri idilər. Məclisin məşğələləri çox vaxt M.T.Sidqinin, bəzən də Usta Zeynal Nəqqaşın evində keçirilərdi. Sonralar isə "Qeysəriyyə-Zorxana" adlanan abidədə keçirilərdi".
Usta Zeynal Nəqqaş özünün bir sıra fərdi xüsusiyyətlərinə görə məclisin digər üzvlərindən fərqlənirdi. Əgər Əhməd Ağa Şəmi və Məşədi Həsən Dabbağ sırf qəzəlçi və nəzirə yazan təlqidçi şairlər olaraq qalırdılarsa, Usta Zeynal Nəqqaş dövrünün nəbzini tutaraq, realizm cəbhəsindən çıxış etməkdə çox fərqlənirdi.
XX əsrin Hüqosu M.S.Ordubadinin Azərbaycan Dövlət Əlyazmalar fondunda saxlanılan "Tərcümeyi-halım"da Usta Zeynal Nəqqaş haqqında dəyərli fikirləri vardır.
El arasında "qızıl əlli nəqqaş" kimi tanınan Usta Zeynal şer məclislərində də şair kimi ad çıxarmışdı. Nəqqaş insanları düz yola, cəmiyyətə xeyir verməyə, pak və ülvi məhəbbətlə sevməyə çağıran bir sıra lirik şerlər müəllifıdir. "Nə biliın"adlı satirik şerində deyir:

Pozulub baqi gülüstan solacaqmış, nə bilim? Eyşi-bülbül belə bəhram olacaqmış, nə bilim?
Bilmədim mən belə dövrani-pərişan dolanar, Dolanıb dəsti qəza çün dönəcəkmiş, nə bilim?
Neyləmişdim fələkin çərxi-kəc əndişəsinə, Məni hicranə, əzizim, salacaqmış, nə bilim?
Gül olub, bülbiil olub, nəzmi-gülüstan pozulub, Bu xəzan dəsti-qəzadan qalacaqmış, nə bilim?
Gedib əyyami-vüsalın, olacaqmış belə hicr, Həsrətin paki ölüncə qalacaqmış, nə bilim?
Məni biçariyə varmış bu xəyalın fələkin, Zülm əlilə belə viran olacaqmış, nə bilim?
Ey xuda, kim dəxi mən tək qəmi hicranə düşüb, Ruzi əzzəl belə təqdir olacaqmış, nə bilim?
Çəkdi Nəqqaş vəfa nəqşini bu lövhdilə,Əhlidil qədrimi, ya rəbb, biləcəkmiş, nə bilim?

Həmçinin Ordubaddakı "Came " məscidinin divarında yazdığı beytlər belə səslənir:

Yaran, bu dəhri-dun biz ilə məcrası var, Çox xanələr xərab eyləyib, müddəası var.
Aldanmayın bu çərxi-cəfaçü əcuzinə Yoxdur vəfası, şərmi, nə də həyası var.
Keçməz o qədər biz də bu dünyada qalmarıq, Qafil oturmaym, nə də edərsiz cəfası var.
Bu büqəyü-şəriflə Nəqqaşı yad edin, Ənbabdan həmişə dua iltiması var.

Şair həmçinin satirik şerlərində dövrünün eybəcərliklərini, istismarı cəsarətlə atəşə tutur. Günlərin birində Mirzə Mehdi xanla üz-üzə gəlir və ədəb-ərkanla ona salam verir. Ancaq xan onun salamını almır və ötüb keçmək istəyir. Nəqqaş deyir

Ey, ali süfyan dövlətindən geydiyin narıncıdır, Bəs ki, nar əhlisən, axır sizi nar incidir...

Zeynalabdinin bu beyti xanım xoşuna gəlir və Nəqqaşın qoluna girib gəzişirlər və xeyli söhbət edirlər. Bu gün nəqşləri və şerləri ilə tanınan Nəqqaş dünyagörmüş ordubadlı qocaların yaddaşında, xatirələrində, söhbətlərində çox çözələnir.
Mərhum Nəriman Bağırov 03 iyun 1967-ci il tarixli "Zəfər" qəzetində Usta Zeynal Nəqqaş haqqında tarixi məqalə çap edərkən, Nəqqaşın Ordubadda yaşayan nəvələri müharibə veteranı, çayçı Tofıq, bufetçi Cavanşirdən aldığı və heç bir yerdə nəşr olunmayan şerlərindən söhbət açır. Pulun cəmiyyətdə oynadığı çirkin və pozucu rolunu ifşa edir və yazırdı:

Ey olan ənfüsü afiqidə sultan qara pul, Ey olan həşrə kimi raici dövran qara pul.
Nə nəbatata, cəmadata səni oxşadıram, Sənsən aləmdə yəqin sənaye şeytan qara pul.
Pücəba kimsələri qəhvənişin eyləmisən, Qılmısan dəhrdə hər əbləhi insan qara pul.
Fasiqi faciri kəzzabi əziz eyləmisən, Mərifət əhli olub xakilə yeksan qara pul!

Mənbə: http://az.wikipedia.org/wiki/Usta_Zeyal_N%C9%99qqa%C5%9F
Baxış: 557 | Added by: ordubad | Təsnifat: 0.0/0 |
Ümumi şərhlər: 0
Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Paylaş
Sorğu
Ordubadın harasındansız?
Total of answers: 1887
Chat
Dost saytlar

Ordubad - Azərbaycanın incisidir

Sual Cavab saytı

Iqtisad Universiteti

Sayğac


Cəmi online: 1
Qonaqlar: 1
Istifadəçilər: 0