ordubad | Date: Bazar ertəsi, 26.03.2012, 00:28 | Message # 1 |
Admin
Group: Administrators
Messages: 21
Mükafatlar: 0
Reputasiya: 0
Status: Offline
| Futbol, ayaq ilə oynanan bir idman oyunudur. Arxivlərdən belə məlumatlar da tapılmışdır ki, daha qədim dövrlərdə müxtəlif xalqlar ayaqla top oynamışlar: məsələn Qədim Romada, Böyük Novqorodda, orta əsrlərdə Fransada və İtaliyada. Lakin o oyunlar indiki futbola çox az oxşamışdır. 1863-cü ilin oktyabrında Londonda top oyunu həvəskarları toplaşırlar. Onlar arasında mübahisə gedir: futbolu "yalnız ayaqla" oynasınlar, yoxsa "ayaq və əllə"? "Yalnız ayaqla" oyun tərəfdarları öz ittifaqlarını yaradırlar. Bu ittifaq da oyunun ilk qaydalarını işləyib-hazırlayırlar. Həmin qaydalar heç də mükəmməl deyildi və bir neçə onillik ərzində ona əlavələr oldu, dəyişikliklər edildi. Hakim meydana fit ilə yalnız 1878-ci ildə çıxmışdır. Həmin vaxta qədər hakim meydandan kənarda otururdu və oyunçular ona müraciət etdikdə onların mübahisələrini həll edirdi. Onbirmetrlik cərimə zərbəsi (penalti) 1891-ci ildən oyunun qaydalarına daxil edilmişdir. 1926-cı ildən isə birbaşa küncdən zərbə ilə vurulan qolları da hesaba almağa başlamışlar.
Menbe: http://az.wikipedia.org
|
|
| |