ORDUBAD

Menyu
Login

Paylaş
Axtarış
Chat
Tags
Ordubad Rayonu Elcibey kotam kendi yüklə indir yukle naxcivan Endemic Ordubadda Novruz Novruz Bayrami pezmeri pezmeri selalesi kotam ordubad Ordubad meyveleri ordubad cəvizi Ordubad limonu ordubad xani ordubad keleki Ordubad lalelik
Kalendar
«  Fevral 2024  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
2526272829
Ana səhifə » Xəbərlər arxivi
Pəzməri - Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd.

Unus bələdiyyəsinin ərazisinə daxildir. Rayonun mərkəzindən 37 km şimal-qərbdə, Ordubad-Unus avtomobil yolunun yuxarısındadır. Əhalisi 151 nəfər (2000); bağçılıq, heyvandarlıq və arıçılıqla məşğuldur. Orta məktəbi, tibb məntəqəsi, kitabxanası, kulubu var.
Views: 1939 | Added by: ordubad | Date: 25.07.2011 | Şərhlər (3)

Ordubad Limonu 10 dollara Kanal D ekranlarinda

Video 2

Views: 3255 | Added by: ordubad | Date: 14.02.2011 | Şərhlər (0)

Behrudi Rüstem Hidayet oğlu – şair, filosof 1988-ci ilden Yazıçılar Birliyinin üzvü. 1957-ci il sentyabrın 14-de Azerbaycanın Ordubad rayonundakı Behrud kendinde müellim ailesinde anadan olmuşdur. Burada sekkizillik mektebi (1964) bitirdikden sonra orta tehsili C.Cabbarlı adına Bilev kend orta mektebinde almışdır (1974). Sonra doğma kend kolxozunda fehlelik etmişdir (1974-1975). Naxçıvan Dövlet Pedaqoji İnstitutunun tarix edebiyyat fakültesini ferqlenme diplomu ile bitirmişdir (1975-1979).

Ordubad rayonundakı Unus, Keleki kend orta mekteblerinde Azerbaycan dili ve edebiyyatı müellimi işlemişdir (1979-1984). Bakıya köçdükden sonra "Yazıçı” bedii edebiyyat neşriyyatında fehle, korrektor, kiçik redaktor, poeziya redaksiyasının redaktoru vezifelerinde çalışmış (1986-1990). 1990-cı ilden "Aze ... Ətraflı »

Views: 2001 | Added by: ordubad | Date: 10.02.2011 | Şərhlər (0)

Kotam - Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd

Ordubad rayonunda kənd.Ordubad şəhər bələdiyyəsinin tərkibindədir.Rayonun mərkəzindən 5 km cənub-şərqdə,Naxçıvan-Bakı dağ yolunun şimal tərəfindədir.Əhalisi 382 nəfər(2000); bağçılıq və heyvandarlıqla məşğuldur.Orta məktəbi,kulubu,kitabxanası,tibb məntəqəsi var.

Views: 2661 | Added by: ordubad | Date: 04.02.2011 | Şərhlər (0)

Aşağı Əndəmic - Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd

Nüsnüs bələdiyyəsinin tərkibindədir.Rayonun mərkəzindən 5 km şimal- qərbdə,Dübəndi çayının sağ sahilindədir.Əhalisi 802 nəfər (2000);bağçılıq,heyvandarlıq və tərəvəzçiliklə məşğuldur.Orta məktəbi,kitabxanası,kulubu,tibb məntəqəsi var.

Views: 2794 | Added by: ordubad | Date: 03.02.2011 | Şərhlər (0)

Gənzə - Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Rayon mərkəzindən 12 km şimal-şərqdə,yaşıllıqlar qoynunda yerləşən Gənzə kəndi Ordubad bölgəsinin qədim tarixə malik yaşayış məskənlərindən biridir.Tədqiqatçıların Gənzə toponimi –oykonomi haqqında müxtəlif fikirləri olsa da,bəzi alimlər onu ərəb-fars mənşəli sözlərlə əlaqələndirsələr də onların əksəriyyəti bu adın Gəncə şəhərinin adı ilə eyni kökdən olması qənaətindədirlər.M.Seyidov , Q.Qeybullayev , F.Rzayev və başqaları bu adların qədim türk tayfalarından biri lan sak tayfaları ilə əlaqədar yaranması fikrindədirlər.Kəndin adının ilk öncə Kanzak olduğunu qeyd edən fillgiya elmləri namizədi F.Rzayevin fikrincə, «kan» qədim türk dillərində «ulu», «ata» mənasında işlənmiş,kəndin adındakı son kompanent «zə»(əslində «zək») isə sak tayfalarının adından götürülmüşdür.Deməli,oykonim ilk vaxtlar qaynaqlarda da qey ... Ətraflı »
Views: 2252 | Added by: ordubad | Date: 03.02.2011 | Şərhlər (4)

Parağaçay - Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir qəsəbə.

Rayonun mərkəzindən 52 km şimal-şərqdə, Ordubad-Tivi avtomobil yolunun qərbində, Gilançayın sağ sahilində, Zəngəzur silsiləsinin ətəyindədir. Əhalisi 102 nəfər (2000); bağçılıq, meyvəçilik və heyvandarlıqla məşğuldur
Views: 1842 | Added by: ordubad | Date: 03.02.2011 | Şərhlər (0)

Məmmədəliyev Yusif Heydər oğlu (1905-1961) - kimya elmləri doktoru, akademik, 1947-1951 və 1958-1961-ci illərdə Azərbaycan SSR EA-nın Prezidenti.

Həyatı

Məmmədəliyev Yusif Heydər oğlu Naxçıvan MR-nın Ordubad şəhərində anadan olmuşdur.

1926-cı ildə Azərbaycan Ali Pedaqoji institutunu bitirmişdir. 1942-ci ildə kimya elmləri doktoru və professor, 1945-ci ildə Azərb. SSR EA-nın akademiki olmuşdur. Azərb. SSR EA yarandıqdan (1945) sonra Neft İnstitutuna rəhbərlik etmişdir. 1951-1954-cü illərdə Az.SSR EA Fizika, Kimya və Neft bölməsinin akad.-katibi. 1954-1958 illərdə ADU-nun rektoru olmuşdur.

Y.H.Məmmədəliyev 1961-ci ildə vəfat etmişdir.

Elmi fəaliyyəti

Azərbaycan markası üzərində Yusi ... Ətraflı »

Views: 20124 | Added by: ordubad | Date: 05.09.2010 | Şərhlər (21)

Əbülfəz Qədirqulu oğlu Elçibəy, 24 İyun 1938-ci ildə Naxçıvan MR-nın Ordubad rayonunun Kələki kəndində anadan olub.7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Bakı Dövlət Universitetinin (Universitet yaxın vaxtlara qədər M.Ə.Rəsulzadə-nin adını daşımışdır) şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. ... Ətraflı »

Views: 2343 | Added by: ordubad | Date: 05.09.2010 | Şərhlər (0)

Ordubadi Məmməd Səid (24.3.1872, Ordubad şəhəri - 1.5.1950, Bakı, Fəxri Xiyabanda dəfn olunmuşdur) - nasir, şair, dramaturq, jurnalist, tərcüməçi. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1938). Şair Fəqir Ordubadinin oğludur. İlk təhsilini mollaxanada almış, sonra isə görkəmli maarifçi M. T. Sidqinin yeni üsullu "Əxtər" məktəbində oxumuşdur. Atasını erkən itirdiyindən şəhərdəki ipək fabrikində fəhləlik etmişdir.

Yaradıcılığa 19-cu əsrin 90-cı illərində başlamış, zəmanənin haqsızlıqlarını tənqid edən şerlər yazmışdır. Cəhalət və nadanlıq əleyhinə yazdığı "Ədəbiyyat" adlı ilk mətbu şeri Tiflisdə çıxan "Şərqi-Rus" qəzetinin 13 iyul 1903-cü il tarixli 31-ci sayında dərc olunmuşdur. 1906-cı ildə Tiflisdə "Qəflət", 1907-ci ildə isə "Vətən və hürriyyət" adlı şer kitabları çap edilmişdir. 190 ... Ətraflı »

Views: 2602 | Added by: ordubad | Date: 04.09.2010 | Şərhlər (0)

« 1 2 ... 5 6 7 8 »
Facebook
 
Sorğu
Ordubadın harasındansız?
Total of answers: 2025
Dost saytlar

Ordubad Rayonu

Iqtisad Universiteti

Sayğac

Copyright Ordubad © 2024
Make a free website with uCoz