Kalendar | « Sentyabr 2023 » | B | Be | Ça | Ç | Ca | C | Ş | | | | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
|
|
Ana səhifə » Xəbərlər arxivi
Ermənilərin dağ ekspedisiya korpusu sonuncu əsgərədək məhv edildi
Fərəc Quliyev: "Yüzlərlə düşmən əsgəri öldürülmüşdü"
"Soyuğ"u 26 əsgərlə ələ keçirdik
Hərbi xidmət keçdiyim Ordubad rayonunun Kotam kəndinin sakinləri ilə söhbət zamanı onlar Naxçıvan Muxtar Respublikasının ən strateji ərazilərindən olan "Soyuq" adlandırılan ərazinin azad edilməsində xidmətləri olan şəxslərdən danışmışdılar. Onlarla söhbətlərim zamanı adlarını çəkdikləri şəxslərdən yalnız birini - Fərəc Quliyevi jurnalist olaraq tanıyırdım. Lakin indikindən fərqli olaraq deputat, partiya sədri kimi yox, Ordubad sakini olaraq... Beləliklə, "Gündəlik Bakı" qəzetinin "Maraqlı adamlar" rubrikasının növbəti qonağı keçmiş döyüşçü Fərəc Quliyevdir:
26 nəfərlə "Soyuğ"a qa
...
Ətraflı »
|
Həyatı Hacı ağa Fəqir Ordubadi – 9 yanvar 1836-cı ildə Ordubadda kiçik tacir ailəsində anadan olmuşdur. Atası Məhəmməd ticarət işləri ilə əlaqədar olaraq tez-tez İrana, Təbriz, Marağa, Şiraz və başqa şəhərlərə gedər, bəzən oğlu Hacağanı da özü ilə birlikdə aparardı. Odur ki, gəzdiyi yerlər və şahidi olduğu hadisələr hələ kiçik yaşlarından Fəqirin dünyagörüşünə təsir etmiş, onun gələcək inkişafında müsbət rol oynamışdır. Firidun bəy Köçərlinin tədqiqatlarından məlum olur ki, Fəqir Ordubadi Şirazda təhsil almış, ərəb və fars dillərini orada mükəmməl öyrənmişdir. M. S. Ordubadi atası haqqında yazır ki, "atam Hacıağa Fəqir, Şah Abbasın yanında böyük mərtəbə qazanmış məşhur şair Mirzə Hatəm Ordubadinin nəvəsidir... Atamİran Azərbaycanının Dizmar mahalından, Üştibin kəndindən olan Pənah adlı bir bağbanın qızı ilə evlənib ailə qurmuşdur.
...
Ətraflı »
|
İbrahimov İsmayıl Əli oğlu - texnika elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü.
Həyatı İsmayıl İbrahimov 31 dekabr 1915-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu bitirmişdir (Azərbaycan Dövlət Neft Akademiyası). 1968-ci ildə AMEA-nın müxbir üzvü, 1980-cı ildə həqiqi üzvü seçilmişdir.
Elmi nailiyyətləri Fasiləsiz işləyən texnoloji proseslərin və istehsalatların riyazi modelləşdirilməsi və optimal idarə edilməsinin metodoloji əsaslarını yaratmışdır. Neft emalı istehsalatının optimallaşdırılması məsələlərinin faktiki olaraq reallaşdırmaqdan ötrü modellərin struktur və funksional xüsusiyyətlərini nəzərə alan səmərəli hesablama üsulları qurmuşdur. İsmayıl Əli oğlu İbrahimov
...
Ətraflı »
|
Ordubad rayonu Naxçıvanın qədim diyarlarından biridir. Burada ibadət evləri əsasən öz qədimliyi ilə seçilir. Ordubad rayonunda rayon mərkəzi və 44 kənd var. Demək olar ki, Ordubadın kəndlərinin hamısında irili-xırdalı kənd məscidləri mövcuddur. Ordubad şəhərində isə mövcud olan məscidlərin əksəriyyəti tarixi əhəmiyyətə malikdir. Elə şəhərin qədim abidələrindən olan Cümə məscidi orta əsrlərə aiddir.
Məscid Ordubad şəhərinin mərkəzi meydanında ən hündür yerdə ucaldılıb. Məscid möhtəşəmliyi ilə diqqəti cəlb edir. Memarlıq görkəmi XVII-XVIII əsrlərə aid abidələrin başlıca cəhətlərini özündə daşımaqdadır. Cümə məscidinin şərq qapısı üzərindəki daş lövhədə I Şah Abbasın nəsx xətti ilə farsca beş sətirlik fərmanı həkk edilib. 1604-cü il
...
Ətraflı »
|
Ordubad Limonu - Can Dərmanı Lider TV-də
|
Anglo Asian Mining» şirkəti deyir ki, Ordubad mədənində qızıl aşkar edib. Şirkət Azərbaycanda qızıl istehsalını genişləndirmək üçün tapıntı ərazisində 2015-ci ilə qədər 300 min unsiyaya qədər qiymətli metal hasil etməyi planlaşdırır. (Bir unsiya təxminən 30 qramdır).
«Bu tapıntı Ordubad ərazisində «Piyazbaşı» və «Ağyurt» yataqlarında 2010-2011-ci illərdə aparılmış tədqiqat işlərindən sonra təqdim olunur. Həmin işlərə sovet vaxtı başlanıb», şirkətin məlumatında deyilir.
«Anglo Asian Mining» qızıl istehsalına Gədəbəy rayonunda qızıl və mis şaxtalarında 2009-cu ildən başlayıb. Şirkət Gədəbəydən 37 ton qızıl çıxartmağı planlaşdırır.
«Tədqiqatın və geoloji kəşfiyyat işlərinin nəticələrinə dair ətraflı məlumat yaxın günlərdə veriləcək», şirkət qeyd edir.
«Anglo Asian Mining» A
...
Ətraflı »
|
Səfərli Əliyar Qurbanəli oğlu - maarif xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü , Azərbaycanın İrandakı keçmiş səfiri. Həyatı Əliyar Səfərli 1937-ci ildə Ordubad rayonunun Anabad kəndində anadan olmuşdur. 1955-ci ildə Ordubad orta məktəbini, 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakultəsinin İran filologiyası şöbəsini bitirmişdir. 1960-1968-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi olmuşdur. Uzun müddət BDU-nun filologiya fakultəsində tədrislə məşğul olub. 1986-1994-cü illərdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri işləmişdir. Həmin kafedranın professorudur. Elmi və diplomatik fəaliyyətləri Əliyar Səfərli orta əsrlər Azərbaycan ədəbiyyatının tanınmış təhqiqatçıların
...
Ətraflı »
|
Anabat – Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. Rayonun mərkəzindən 4 km şimal-şərqdə, Ordubad-Gənzə avtomobil yolunun sağ kənarında, Gənzə çayının sol sahilindədir. Əhalisi 208 nəfər(2000); meyvəçilik və heyvandarlıqla məşğuldur.İbtidai məktəbi, kulubu, kitabxanası, tibb məntəqəsi var.
|
Novruz yaz başlayanda, gecə ilə gündüzün bərabərlişdiyi gün qeyd edilir. Bir çox xalqlar yaz fəslinin gəlişini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı olaraq bayram etmişlər. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır. Azərbaycanda Novruz əsrlər boyu böyük təmtəraqla qeyd edilir. Bayrama əvvəlcədən hazırlıqlar başlayır. Bayramqabağı adətən evdə, həyətdə təmizlik işləri aparılır, qoğal, fəsəli, paxlava, şəkərbura, şəkərçörəyi və plov bişirilir. Novruzda yumurta boyanır, xonça bəzədilir, şam yandırılır, tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay verirlər. Novr
...
Ətraflı »
|
|
|