Kalendar | « Oktyabr 2024 » | B | Be | Ça | Ç | Ca | C | Ş | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |
|
|
Ana səhifə » Xəbərlər arxivi
Fevralın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Ordubad rayonunun Aşağı Əylis kəndində yeni istifadəyə verilmiş seysmoloji stansiyanın açılış mərasimində iştirak etmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yeni seysmoloji stansiyada yaradılan şərait və quraşdırılan texniki avadanlıq barədə məlumat vermişdir. Ali Məclisin sədri Vasif Talıbov yeni seysmoloji stansiyanın istifadəyə verilməsinin əhəmiyyətini qeyd edərək demişdir ki, muxtar respublikada bu xidmət mərkəzlərinin yaradılması ilə bağlı qəbul edilən qərar öz bəhrəsini verir. Ötən ilin dekabrında Şahbuz şəhərində yeni seysmoloji stansiya fəaliyyətə başlamışdır. Bu gün isə Ordubad rayonunda yen
...
Ətraflı »
|
A few km to Ordubad rayon, there is a small lake named "Kapicik". There is a restorant and 2 houses for guest's accommodation. One is modern style. The other one is tradational style guest room. Telephone number +99-4136-40 11 11 or try . If doesn't work, a worker's cell phone +99-470-241 59 43.
type: Lodging houses tel: +994136401111 CostOfDoubleForANight: 60-80 Manat(75-100 US $) address: Kapicik Lake, Ordubad
|
Bist — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin mərkəzidir. Rayonun mərkəzindən şimal-qərbdə, Ordubad-Nürgüt avtomobil yolunun kənarında, Zəngəzur silsiləsinin ətəyindədir. Əhalisi 467 (2000); bağçılıq, heyvandarlıq və arıçılıqla məşğuldur. Orta məktəbi, klubu, kitabxanası, xəstəxanası, rabitə şöbəsi var. Bist kəndinin sağ və sol cinahlarından Gilan çay və Nəsirvaz çaylari axır. Tivi, Nəsirvaz, Ələhi kəndləri ilə qonşudur.
|
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 16 iyun tarixli Sərəncamı ilə Ordubad rayonunun inzibati ərazisinin 12131,0 hektar sahəsində Ordubad Milli Parkı yaradılmışdır. Milli Parka akademik Həsən Əliyevin adı verilmişdir. 2009-cü il 25 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ordubad Milli Parkının ərazisi Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları hesabına genişləndirilərək sahəsi 42797,4 hektara çatdırılmışdır. Eyni sərənjamla Milli Parkın adı dəyişdirilərək Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılmışdır.
Milli Parkla yanaşı, xüsusi mühafizə olunan təbiət ərazisinin 27870,0 hektarında Ordubad Dövlət Təbiət Yasaqlığı yerləşir.
Zəngəzur Milli Parkının yaradılmasında məqsəd ərazidə ay
...
Ətraflı »
|
Ağyurd yatağı Ağyurd yatağı Vənəndçayın sağ qolu olan Ayıçınqılı çayının orta axım hissəsində, Pəzməri kəndindən 8 km şimal-şərqdə yerləşir. Ağyurd yatağının struktur mövqeyi Munundərə təzahürü ilə eynidirr. Fərqli cəhətlərindən biri burada əlavə olaraq mis-porfir filizləşməsinin inkişaf etməsidir. Ağyurd yatağı kvarslı sienit-diorit tərkibli dayka komplekslərinin inkişaf etdiyi zolağa Ordubad qırılması ilə Misdağ qırılmasının kəsişmə qovşağına aid edilmiş, kvarslaşmış, kaolinləşmiş və dəmirləşmiş süxurlarla bərabər kvars damar və damarcıqları ilə təmsil olunan 24 qızıl filiz zonasından və damar-zonadan ibarətdir. Sonuncuların uzunluğu 1 km-ə qədər, eni adətən 2-8 m, qırılma zonalarında 50 m-ə qədər, kvars-sulfid damar və damar-zonalarında qalınlığı 0,3 m-dən 3,0 m-ə qədər olub, adətən 0,7-1,5 m təşkil edir. İri
...
Ətraflı »
|
Qapıcıq –Ordubad rayon ərazisində dağ.Zəngəzur silsiləsinin və eyni zamanda Kiçik qafqazın ən yüksək zirvəsi.Hünd.3904 m.Oxçuçay ilə Gilançayının suayrıcındadır.Eosenin vulkanagen çökmə süxurlarından təşkil olunmuşdur.Yamaclarında qədim buzlaq relyefi formaları(troq,kar,moren),zirvəsində daimi qar(3-4 m qalınığında)var.Qapıcıqın cənub və cənub-qərb yamacındakı yaylaqlarda(Qaranquş yaylağı,Nəbi yurdu)saysız-hesabsız qaya parçaları üzərində Gəmiqaya qədim təsviri sənət nümunələri həkk olunmuşdur(bax Gəmiqaya rəsmləri)Gəmiqayadan şərqə gedən yolun qapısı burada olduğundan,görünür,ulu nəsillər buna əsasən dağı Qapıcıq adlandırmışdır.
|
Fərəcov Əliqulu Səttar oğlu (15.3.1898,Ordubad ş. -20.1.1981,Bakı) –iqtisadçı.İqtisadi elmlər namizədi,prof.(1939).Azərb.Respublikasının əməkdar iqtisadçısı (1967).1915 ildə Tiflis ticarət kurslarını,1927 ildə Azərb.Politexnik İn-tunu bitirmişdir.Uzun müddət respublikanın ali məktəblərində dərs demişdir.Elmi-pedaqoji fəaliyyətilə yanaşı,Azərb.Dövlət Un-tinin (indiki BDU)prorektoru (1943-44),Azərb.Xalq Təsərrüfatı İn-tunun (AXTİ: indiki İqtisad Un-ti)direktoru (1944-50), bir sıra kafedraların,o cümlədənADU-nun mühasibat uçotu və təsərrüfat fəaliyyətinin analizi kafedrasının (1959-60) müdiri,ADU-nun (1962-66) və AXTİ-nin məsləhətçi prof. (1966 ildən) olmuş,Azərb.Milli EA İqtisadiyyat bölməsində (İndiki İqtisadiyyat İn-tu) baş elmi işçi,şöbə müdiri (1951-58) işləmişdir.F.Azərb.-da iqtisadi təhsilin təşkilatçılarından idi.O,Azərb.dilində mühasibat uçotunun nəzəri və əməli məsələlərinə dair d
...
Ətraflı »
|
Belə deyirlər ki, keçmişdə Ordubadın Nüsnüs kəndində gözəlliyilə aləmə səs salan sərv boylu yoxsul bir qız var imiş. Qızın qumral gözləri, qapqara uzun saçları çox cavanların canına od salıbmış. Yaxından, uzaqdan qıza tez-tez elçilər gəlirmiş. Ancaq gələnlərdən qızın ürəyinə yatanı olmadığından heç kimə razılıq vermirmiş. Bir gün varlı bir bəy qızın gözəlliyini görüb ona elçi göndərir. Qız ona da razılıq vermir. Bundan qəzəblənən bəy and içir ki, o qızı ya zorla alacaq, ya da ona elə bir divan tutacaq ki, ölüncə dadı damağından getməsin. Bəy nökər-nayıbını da başına yığıb kəndə gəlir. Bu xəbəri eşidən qız baş götürüb dağlara qaçır. Bəy də adamlarıyla qızın arxasınca dağlara gedir. Qızı tuta bilməyəcəyini görən bəy, ox atıb onu ağır yaralayır. Çox qan itirib taqətdən düşən qız Nüsnüsün başı üstündəki dağda bir anlığa dayanır, yarpaq kimi saralan üzünü sonsuz göylərə tutub All
...
Ətraflı »
|
Cırtdan nağılı Naxçıvan ləhcəsi ilə...Nağılda həmçinin Ordubadın da adı çəkilir
|
|
|