ORDUBAD

Menyu
Login

Paylaş
Axtarış
Chat
Tags
Ordubad Rayonu Elcibey kotam kendi yüklə indir yukle naxcivan Endemic Ordubadda Novruz Novruz Bayrami pezmeri pezmeri selalesi kotam ordubad Ordubad meyveleri ordubad cəvizi Ordubad limonu ordubad xani ordubad keleki Ordubad lalelik
Kalendar
«  Oktyabr 2024  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Ana səhifə » Xəbərlər arxivi
Naxçıvan Muxtar Respublikasının Ordubad rayonuna yeni icra başçısı təyin edilib. ANS press-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev Elşad Novruz oğlu Məmmədovun Naxçıvan Muxtar Respublikası Ordubad rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

AzərTAc-ın məlumatına görə, sərəncamda bildirilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:

Elşad Novruz oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Ordubad rayonu İcra hakimiyyətinin başçısı təyin edilsin".

Prezident İlham Əliyevin digər sərəncamı ilə Elşad Məmmədqulu oğlu Əliyev Naxçıvan Muxtar Respublikası Ordubad rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Views: 1472 | Added by: ordubad | Date: 22.04.2013 | Şərhlər (0)

Ordubadda Novruz Bayramı. Əndəmic Xanlığı
Views: 1826 | Added by: ordubad | Date: 24.03.2013 | Şərhlər (0)

Ordubad Xanı 2013 Novruz şənliyi
Views: 1731 | Added by: ordubad | Date: 24.03.2013 | Şərhlər (0)


Naxçıvan Muxtar Respublikasının İranla sərhədində yerləşən Ordubad memarlıq, ekoloji və coğrafi baxımdan üç qoruq şəhəri kimi Ginnesin rekordlar kitabına düşməyə layiqdir.

Keçmişdə Ordubadda 72 yeraltı çeşmə olub ki, bu yaxınlarda da onardan 30-u bərpa edilib. Şərqşünas Cabir Cəbiyevlə onlardan birinin dərinliyinə enirik. Dərinlikdən heyrətamiz duruluqda olan sərin su çıxır. O sudan içmək üçün daşın üstə stəkan qoyulub. Yayın qızmarında bura şəhərin ən sərin yeri sayılır. Adəti üzrə hər qəsəbənin meydanında məscid, məscidin yanında isə kəhriz və çinar var. Köhnə şəhər çiy kərpicdən tikilib. Buradakı məscidlərdən heç birində minarənin olmaması da elə bununla izah edilir. Evlər isə saman kərpiclərdən inşa olunub. Ev dayaqları möhkəm qoz ağa ... Ətraflı »
Views: 1666 | Added by: ordubad | Date: 02.03.2013 | Şərhlər (0)

Ordubad Tivi Qış mənzərəsi (video)
Views: 1892 | Added by: ordubad | Date: 26.01.2013 | Şərhlər (0)

Naxçıvan abidələri. Ordubad. Qeysəriyyə, Ordubad buzxanası, Aza körpüsü

Views: 1697 | Added by: ordubad | Date: 14.12.2012 | Şərhlər (0)


Ordubad – Azərbaycanda rayon.

Azərbaycanın dilbər guşələrindən biri olan Ordubad Naxçıvan Muxtar Respublikasının tərkibinə daxildir. Cənubdan İran İslam Respublikası, şimaldan və qərbdən Ermənistanla həmsərhəd olmaqla, şərqdən Culfa rayonu ilə qonşu olan Ordubad rayonunun sahəsi 972 kvadrat kilometr, əhalisi 43200 nəfərdir.

Rayonun inzibati mərkəzi – Ordubad şəhəri öz əhəmiyyətinə görə Naxçıvan Muxtar Respublikasının ikinci mühüm şəhəridir. Ordubad bağlar diyarı, güllər, bülbüllər şəhəridir. Ordubadçay sahilində dəniz səviyyəsindən 8 ... Ətraflı »

Views: 9609 | Added by: ordubad | Date: 24.11.2012 | Şərhlər (0)




Hər dəfə Ordubada yolumuz düşəndə şəhərin mərkəzindəki çinarların altında çay içməmiş geri dönmürük. O çinarların ki, onlar bu şəhərin tarixi sirdaşıdır. Bir vaxtlar Ordubada səyahət etmiş məşhur səyyah Nefodov demişdir: "Ordubad öz daş-qaşı ilə parıldayan qənirsiz gözələ bənzəyir. Ordubad çinarları təbiət tamaşası, el yaraşığıdır. Bu yurdun çinarları da torpağı kimi qədimdir".

Xalq şairi Rəsul Rzanın "Çinar" şeirindəki misranı sərlövhəyə çıxarmağımız təsadüfi deyil. Ordubaddakı "Çay evi"ndə masaların boşalmasını gözləyirdik. Şairin həmin şeirini də elə bu vaxt xatırl ... Ətraflı »
Views: 2251 | Added by: ordubad | Date: 16.11.2012 | Şərhlər (0)



Sentyabrın 19-dan etibarən Naxçıvan avtovağzalından Naxçıvan-Urmiya şəhərləri arasında avtobus marşrutu fəaliyyətə başlayıb. www.D-A-K.org –a daxil olan məlumata görə, Naxçıvan-Şahtaxtı-Maku-Urmiya və əks istiqamətdə müntəzəm fəaliyyətə başlayan avtobus marşrutu Naxçıvan ərazisində Naxçıvan-Şahtaxtı, İran adlanan yer ərazisində isə Poldəşt-Maku-Xoy-Səlmas-Urmiya xətti üzrə hərəkət edəcək.
Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Azad Nağıyevin sözlərinə görə, hər gün səhər saat 8.30-da Naxçıvan avtovağzalından yola ... Ətraflı »
Views: 1357 | Added by: ordubad | Date: 23.09.2012 | Şərhlər (0)

ordubad saftalisi
Naxçıvan meyvələri ilə bağlı material hazırlamaq tapşırığını alanda, xeyli duruxdum. Naxçıvanın 8 rayonu bir tərəfə, təkcə Ordubad meyvələri haqqında Övliya Çələbinin yazıb ,bitirə bilmədiyi mövzuya girişmək məsuliyyətli və zaman tələb edən bir işdir. Naxçıvanın barlı-bəhərli bağlarında yetişən növbənöv meyvələr haqqında, sadəcə bir yazıda oxucuya dolğun məlumat çatdırmaq mümkün deyil. Amma bu silsilədən olan ilk yazını sizə təqdim etməyi qərara aldıq.

Beləliklə, "Meyvəli” rubrikasının bu dəfəki yazısı Naxçıvan meyvələri ilə bağlıdır.

Naxçıvana bəzən "kiçik vətən” də deyirlər. Əsrarəngiz gözəllikləri ilə çoxlarını heyran edən "Nəqşi-Cahan” (Dünyanın bəzəyi) isimli bu ... Ətraflı »

Views: 8983 | Added by: ordubad | Date: 09.09.2012 | Şərhlər (0)

« 1 2 3 4 5 6 7 8 »
Facebook
 
Sorğu
Ordubadın harasındansız?
Total of answers: 2029
Dost saytlar

Ordubad Rayonu

Iqtisad Universiteti

Sayğac

Copyright Ordubad © 2024
Make a free website with uCoz