ORDUBAD

Menyu
Login

Paylaş
Axtarış
Chat
Tags
Ordubad Rayonu Elcibey kotam kendi yüklə indir yukle naxcivan Endemic Ordubadda Novruz Novruz Bayrami pezmeri pezmeri selalesi kotam ordubad Ordubad meyveleri ordubad cəvizi Ordubad limonu ordubad xani ordubad keleki Ordubad lalelik
Kalendar
«  Mart 2024  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Ana səhifə » Xəbərlər arxivi

Azərbaycanın ilk kimyaçı akademiki Yusuf Heydər oğlu Məmmədəliyev

Tarixdə еlə şəxsiyyətlər vardır ki, zaman keçdikcə onlarn həyatı və fəaliyyəti nəinki unudulmur, əksinə yeni və daha da parlaq xüsusiyyətləri ilə üzə çıxır. Qədim türk-oğuz yurdu Naxçıvan diyarının bəşər mədəniyyətinə və elminə tarix boyu layiqli töhvələri olmuşdur. XII əsrin qüdrətli memarı Əcəmi Əbubəkr və onun yaratdığı mömünə Xatun məqbərəsi, zamanının görkəmli alimi Nəciməddin Hinduşah Naxçıvani, XX əsr Azərbaycanın mədəniyyəti, ədəbiyyatı və elminin baniləri Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Hüseyn Cavid, Bəhruz Kəngərli kimi yurdumuzun zirvələri xalqımızın milli iftixarlarıdır və bu diyara dünya şöhrəti qazandı ... Ətraflı »
Views: 3655 | Added by: ilkin92 | Date: 30.11.2013 | Şərhlər (0)

Duz torbası. Yun. Xovsuz. Ordubad rayonu Gənzə kəndi 1910-cu il


Xalça. Yun. Xovlu. Ordubad rayonu Aza kəndi 1910-cü il


Xalça. Yun. Xovlu. Ordubad rayonu Dırnıs kəndi 1920-ci il
... Ətraflı »
Views: 4358 | Added by: ilkin92 | Date: 05.11.2013 | Şərhlər (0)



Ordubad şəhərindəki “Ordubad” elektrik yarımstansiyası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak edib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin Baş direktoru Yasin Səfərov “Ordubad” yarımstansiyasının yenidən qurulmasını Ordubad şəhərinin enerji təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin davamı kimi dəyərləndirib, göstərilən diqqət və qayğıya görə energetiklər adından minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respub ... Ətraflı »
Views: 1666 | Added by: ordubad | Date: 26.08.2013 | Şərhlər (0)

Bu gün (22.03.2013) Azərbaycan milli-azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin vəfatınından 13 il ötür.

Əbülfəz Elçibəy 1938-ci il iyunun 24-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndində dünyaya gəlib. Ötən əsrin 80-ci illərinin sonlarında başlanan milli-azadlıq hərəkatının lideri olub.

Views: 1261 | Added by: ordubad | Date: 22.08.2013 | Şərhlər (0)



Yer kürəsində həyatın yaranması ilə bağlı çoxsaylı elmi nəzəriyyələr özünü doğrultmasa da, onların sırasında böyük tufandan sonuncu sivilizasiyanı xilas edən Nuh peyğəmbərin rəvayəti həqiqi reallıqlara daha yaxındır. Ən maraqlısı da odur ki, Ordubad rayonundakı dağlarda zirvələrin arasındakı Gəmiqaya adlanan kiçik ərazidə bu qədim rəvayəti təsdiq edən onlarca fakt mövcuddur.
Bəşər sivilizasiyasının beşiyi olan Naxçıvan dünyanın ən qədim yaşayış məskənlərindən biri sayılır. “Naxçıvan” sözü üç hissədən ibarətdir. “Nax” (Nuh), türk dilində isim düzəldən “çı” şəkilçisindən və yer, məkan bildirən “van” toponomik formatından ibarət olub, “Nuhçuvan” - nuhçuların, yəni, Nuh tərəfdarlarının məskəni, Nuh diyarı deməkdi ... Ətraflı »
Views: 1373 | Added by: ordubad | Date: 19.08.2013 | Şərhlər (0)

Ordubad rayonunun dağları arasında yerləşən gözəl Göy Göldən kiçik ölçülü bir video

Views: 1574 | Added by: ordubad | Date: 11.08.2013 | Şərhlər (0)

Kərbəlayi Zeynalabdin Əbu Səid oğlu Usta Zeyal Nəqqaş (1829-1904) Məşhur xəttat nəqaş və şair olmuşdur. Naxçıvandakı "Xan sarayı" Bakıda H.Z.Tağıyevin ev muzeyinə (indiki Tarix muzeyi), Təbrizdə, Ordubaddakı "Came" məscidinə, Məşədi Tağının evinə, Əylis, Vənənd kəndlərində bəzi evlərə çəkdiyi rəsmlər və vurduğu nəqşlər hələ də durur. Ordubad şəhərinin "Malik İbrahim" qəbirstanlığındakı dağa bitişik "Qara pir"də vurduğu nəqş, XIX əsrin axırlarında İran şahının Ordubada gəlişi ilə əlaqədar olaraq "Came" məscidinin arxa tərəfinə yumurta sarısı, əhəng və başqa materiallardan hazırladığı məhlul vasitəsilə "Şiri xurşid" gerbini düzəltmiş və dizinin üstündə almazla kəsdiyi ayna qırıqları ilə ortasına günəş rəmzi də yapışdırmışdı. Həmin monumental əsərlər bu günə qədər qalmaqdadır. Ordubadlı alim, iqtisad elmləri doktoru, professor Əliqulu Fərəcov keçmiş SSRİ dövrün ... Ətraflı »
Views: 1375 | Added by: ordubad | Date: 25.06.2013 | Şərhlər (0)

Krımdakı Azərbaycan diasporunun ağsaqqallarından olan Hidayət Musayevin “Qədim Ordubad və Əfsanəvi Sevastopol” kitabı çapdan çıxıb.

Bu barədə Krımın Azərbaycanlı İcmasının rəhbəri Rəhim Hümbətov məlumat verib.

Kitabın təqdimat mərasimində çıxış edən H.Musayev bildirib ki, baş qəhrəmanı azərbaycanlı mühəndis Firudin Ağalarov olan əsərdə Rusiyanın müxtəlif millətlərdən olan ilk sualtı qayıqçılarından bəhs olunur.

Qeyd edək ki, Hidayət Məmməd oğlu Musayev istefada olan polkovnik, SSRİ Hərbi Dəniz Donanmasının veteranı, Sevastopolda “Vətən” Azərbaycan Milli-Mədəni İcmasının ağsaqqalıdır.

Qeyd: Bu xəbər 2012-ci ilin iyul ayında çıxıb

Mənbə: http://davam.az/5377-krmda-qdim-ordubad-v-fsanvi-sevastopol-kitab-apdan-xb.html
Views: 1228 | Added by: ordubad | Date: 25.06.2013 | Şərhlər (0)

Kələki – Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd.
Unus bələdiyyəsinin tərkibindədir. Rayonun mərkəzindən 45 km şimal-şərqdə, Ordubad – Unus avtomobil yolunun üstündədir. Əhalisi 442 nəfər (2000-ci il); bağçılıq, tərəvəzçilik və heyvandarlıqla məşğuldur. Orta məktəbi, kulubu, kitabxanası, tibb məntəqəsi var.eyni zamanda da bu kənd Azərbaycan Respublikasının keçmiş prezidenti Elçibəyin doğulduğu kənddir.

Mənbə: http://az.wikipedia.org/wiki/K%C9%99l%C9%99ki
Views: 1585 | Added by: ordubad | Date: 25.06.2013 | Şərhlər (0)



Naxçıvanda yerləşən Zəngəzur Milli Parkında keçirilən monitorinq zamanı fevral-mart aylarında bəbirin daha bir dişi fərdinin fotoşəkli çəkilib.

Fotolar üzərində aparılan analizə görə, yetkin dişi bəbirin davranışında territorial rezidentlik müşahidə olunur. Bu isə o deməkdir ki, bəbirin Azərbaycanda yaşayıb artmasına, populyasiyasına şərait yaranıb və yaxın zamanlarda bəbirin balaları ilə birgə fotolarını görmək də mümkün olacaq.

Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yayıb.

Nadir növ kimi bəbir Azərbaycanın və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının «Qırmı ... Ətraflı »
Views: 1849 | Added by: ordubad | Date: 02.05.2013 | Şərhlər (0)

« 1 2 3 4 5 ... 7 8 »
Facebook
 
Sorğu
Ordubadın harasındansız?
Total of answers: 2026
Dost saytlar

Ordubad Rayonu

Iqtisad Universiteti

Sayğac

Copyright Ordubad © 2024
Make a free website with uCoz