İrəvan xanlığı işğal edildikdən sonra Rusiya İmperiyası tərkibində İrəvan quberniyası: İrəvan, Yeni Bəyazid, Naxçıvan, Sürməli, Şərur-Dərəlyəz, Eçmiədzin, Aleksandropol qəzaları
Şimali Azərbaycan Rusiyaya ilhaq olunduqdan sonra Naxçıvan xanlığı ləğv edilmiş, 1828-ci ilin martında yaradılan “Erməni vilayəti”nin tərkibinə verilmişdi. 10 aprel 1840-cı il islahatı haqqında qanununa əsasən Naxçıvan əyaləti əsasında qəza yaradılmışdı (1841-ci il yanvarın 1-dən qüvvəyə minmişdi). 1849-cü ildə İrəvan quberniyası yaradıldıqda Naxçıvan qəzası onun tə
... Ətraflı »
Ordubad qozunun və ya Ordubadlıların dili ilə desək Ordubad cəvizinin faydalı xüsusiyyətləri
Rayonumuz öz dadlı meyvələri ilə məşhurdur. Belə meyvələrdən biri də cəvizdir.
Artıq Ordubadda cəviz çırpılmasına başlanılıb. Hazırda yaşayış məntəqələrimizdə bu qiymətli məhsulun toplanılması davam etdirilir. Hər il torpaq mülkiyyətçilərimiz bu məhsuldan xeyli qazanc əldə edirlər. Ordubadda cəvizdən müxtəlif çeşidli məhsullar da hazırlanır. Alana, basdıq, miyanpur, paxlava, cəviz mürəbbəsi rayonumuzda xüsusi səriştə ilə ərsəyə gətirilir. Cəvizin müalicəvi əhəmiyyəti də insanlara hələ qədim zamanlardan məlum olmuşdur. 17-ci əsrdə hərbi həkimlər cəviz ağacının yarpaqlarından yara sağaldan vasitə kim
... Ətraflı »
Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üç rəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər!
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən, şanlı Vətən!
Azərbaycan, Azərbaycan!
Dekabrın 10-da Bakının Azadlıq meydanında İkinci Qarabağ müharibəsində qələbəyə həsr olunmuş hərbi parad keçirilib. Zəfər paradında hərbi bölmələrin marşı, silah və texnika növləri, habelə döyüşlərdə düşməndən ələ keçirilmiş hərbi qənimətlər nümayiş etdirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak ediblər.
"Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.
Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir".
Noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalanıb.
Biz, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin aşağıdakıları bəyan edirik:
1. 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tut
... Ətraflı »
İkinci Qarabağ müharibəsi zamanı düşmən Qubadlıdan Ordubad ərazisinə raket atdı
Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən Oktyabrın 15-də saat 10:44-də atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb. Raketin dağlıq əraziyə düşdüyü deyilir. Dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib.